Bazar günü günü, 20 sentyabr 2026
     

Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

Image


Aydın Xan Əbilov: "Azərbaycan Yazıçılar Birliyi peşəkar ədəbiyyat qurumudur..."

Emil Rasimoğlu: "Bu görüşü son günlər ictimai müstəvidə Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyi arasında yaranmış insidentin, qısaqapanmanın üzərindən təşkil olunmuş "pərdəarxası barış sazişi" də adlandırmaq olar"

Mədəniyyət naziri Adil Kərimlinim Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşü, bu görüşdə bir sıra məsələlər müzakirə olunub.

Görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəniyyət nazirinin AYB sədri ilə görüşündə səsləndirilən bəzi məsələlər cəmiyyətdə də müzakirə olunur və bir sıra sualların yaranmasına gətirib çıxarır.

Anarın nazirlə görüşünün ədəbiyyata, mədəniyyətə, kitabxana işinə, mütaliə mədəniyyətinin inkişafına nə kimi formada təsiri ola bilər? Müzakirə olunan mütaliə mədəniyyətinin AYB-yə nə dəxli var? Yaxud kitabxana işinin təkmilləşdirilməsinin Yazıçılar Birliyinə nə aidiyyəti var? Kitabxana işi sırf Mədəniyyət Nazirliyinin işidir. Mütaliə mədəniyyətinin formalaşdırılması təkcə Yazıçılar Birliyinin işi deyil. Bunu ən geniş ictimaiyyətə müzakirə etmək daha yaxşı olmazdı? Düzdür, AYB də burada söz deyə bilər, amma mütaliə mədəniyyətinin möhkəmləndirilməsi o qurumun işi deyil.

Bu görüşdə müsbət bir ideya irəli sürülüb ki, dövlət sifarişi ilə film çəkilməsi üçün ədəbi əsərlərin seçiləcək.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, əlbəttə, Mədəniyyət Nazirliyi son illər bir çox məsələlərlə bağlı müəyyən fəaliyyətlər və addımlar atır. "Amma Mədəniyyət Nazirliyi ilə bağlı hələ də ictimaiyyətdə, xüsusən də yaradıcı insanlar arasında çox böyük narazılıqlar var. Eyni adamlar eyni yerə, müxtəlif beynəlxalq tədbirlərə Mədəniyyət Nazirliyində şöbə müdirinin və yaxud müdirənin sevimli yazıçları, şairləri göndərilir. Sanki bu ölkədə iki-üç şair yazıçından başqa yaradıcı adam yoxdur. Bu istər yaşlı nəslin nümayəndəsi, istərsə də gənc və orta nəsilin nümayəndəsi olsun, məsələ belədir.

Biz dəfələrlə Mədəniyyət Nazirliyinə layihələr vermişik. Mütaliə mədəniyyəti, virtual mədəniyyət, internet ədəbiyyatı, elektron kitabxana, e-kitab, yeni vərdişlər və s. bunlarla bağlı layihələrimizin hamısından demək olar ki, imtina olunub.

Amma siz Mədəniyyət Nazirliyinin il boyu payladığı qrant layihələrinə fikir versəniz, görərsiz ki, burada mədəniyyətə dəxli olmayan təşkilatlar, mədəniyyətə dəxli olmayan layihələr seçilir. O layihələrin monitorinqini təəssüflər olsun ki, heç kim keçirmir. Biz bir ara Hesablama Palatasına təklif etmişdik ki, Mədəniyyət Nazirliyinin qrantları ilə bağlı bir hesabat xarakterli yoxlanış edilsin və cəmiyyətə və dövlət qurumlarına də bununla əlaqədar məlumatlar ötürülsün. Mən yenə də o fikrimin üstündə dururam və fikirləşirəm ki, Mədəniyyət Nazirliyi inzibati bir qurum olaraq cənab Prezidentin mədəniyyət siyasətini hər istiqamətdə reallaşdırmaqda ciddi addımlar atmalıdır. Nəinki sadəcə populist xarakterli bu tipli görüşlər və tədbirlər keçirməklə işini bitmiş saysın. Bəli, Azərbaycan Yazıçılar Birliyi peşəkar ədəbiyyat qurumudur və dövlətimiz də onunla bağlı çox ciddi maliyyə imkanları yaradıb. Jurnallar çıxır, qəzet çap olunur, saytlar var. Düzdür, elektronlaşma və elektron kitabxana ilə bağlı vaxtilə biz Kitabxana.neti katibliyin qərarı Azərbaycan Yazıçılar Birliyinin elektron kitabxanası kimi inkişaf etdirməyə başladıq. beş ilə yaxındır, hətta beş ilə yaxındır ki, Yazıçılar Birliyindən elektron kitabxana ilə bağlı bir qəpik də pul ayrılmayıb. Əksinə, dəfələrlə məktubla müraciət etsək də, müxtəlif səbəblər göstərilib. Xüsusən də Maliyyə Nazirliyi və Mədəniyyət Nazirliyinin maliyyə imkanları yaratmadığına görə bizim kitabxananın da az qala bağlanmaq təhlükəsi artıq yaxınlaşır. Kitabxana.net və Mir Cəlal Paşayev adında elektron kitabxana və Yeni Yazılar Sənətçilər İctimai Birliyi olaraq biz dəfələrlə Mədəniyyət Nazirliyinə yeni mütaliə mədəniyyətinin inkişafı, kitab satışı, yayımı ilə bağlı müraciət etmişik. Elektron kitab yayımı, beynəlxalq əlaqələr, o cümlədən Amazon.com kimi kitab yayımı ilə məşğul olan qurumlarla əlaqələr yaratmaqla bağlı, eyni zamanda bölgələrdə kitabxanaların inkişafı, onların pullu xidmətlərə keçməsi ilə əlaqədar layihələr təqdim etmişik. Qəribədir ki, bizim layihələrin bir çox ideyaları Mədəniyyət Nazirliyinin bu və digər dərəcədə cəmiyyətə açıqladığı müxtəlif bu tipli tədbirlərdə istifadə olunur. Amma nə layihələrimiz maliyyələşdirilir, nə də ki, bu tipli tədbirlərdə ölkənin sayılan-seçilən kulturoloqu və mədəniyyət hadisələrinin təşkilində xüsusi zəhməti olan şəxs olaraq biz unuduruq. Bu baxımdan, yəni Mədəniyyət Nazirliyinin bu tipli tədbirləri mənə çox qədər də maraqlı deyil. Amma ümumən götürəndə Azərbaycanın inkişafı üçün əlbəttə ki, mühüm addımlar atılmalıdır. Özü də mədəniyyət soyuq, sakit, XXI əsrin qlobal bir siyasi aləti olduğunu nəzərə alsaq, bu olmalıdır"-deyə A.X.Əbilov vurğuladı.

Bununla belə, A.X. Əbilov hesab edir ki, Azərbaycan yazıçılarının əsərləri əsasında bədii filmlərin çəkilməsi çox müsbət hal olardı. Kinodramarurgiya sahəsində yeniliklərin kinoya daşınmasının vacib olduğunu deyən A.X.Əbilov hesab edir ki, burada əsərlərin incəliklə seçilməsi çox vacibdir.

AYB üzvü, şair-publisist Emil Rasimoğlu baki-xeber.com-a bunları dedi: "Əvvəla, öncə onu deyim ki, ümumilikdə Mədəniyyət naziri ilə Anarın görüşü mahiyyətcə formal xarakter, sadəcə xəbər yükü daşıyır, vəssalam! Görüşlə bağlı bəlağətli təqdimə, təmtəraqlı informasiyaya da heç ehtiyac yoxdur. Necə deyərlər, belə görüşlər süni nəfəs aparatına qoşulmuş görüşlərdi...

Digər tərəfdən də, bu görüşü son günlər ictimai müstəvidə Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyi arasında yaranmış insidentin, qısaqapanmanın üzərindən təşkil olunmuş "pərdəarxası barış sazişi" də adlandırmaq olar.

Müzakirə olunan mövzulara gəldikdə isə hər zaman məhz bu kimi ictimaiyyətə, hətta kütləyə hesablanmış, formal görüşlərin fundamental ideyası, xətti, gerçək məqsədi, böyük praktik nəticəsi olmadığıdan görüş zamanı uyğun oldu, olmadı hansı mövzudan deyirsən söz açılır, danışılır, "müzakirə" aparılır.

Hələ bəlkə həmin görüşdən bu saat elə nüanslar, "müzakirə" olunmuş mövzular var ki, Anar da, həmçinin Adil Kərimli də artıq həmin nüansları, mövzuları dəfn də edib, unudub..."

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ