Yaponiyanın Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində Kaşima şəhərindəki Aeon Mall Kumamoto ticarət mərkəzi çöküb.
TBS telekanalının məlumatına görə, hadisənin baş verdiyi ərazidə Yaponiya seysmik intensivliyi şkalası üzrə ən azı 5 bal gücündə təkanlar qeydə alınıb.
İlkin məlumatlara görə, ticarət mərkəzinin dağıntıları altında insanların qalması ehtimalı var. Mənbələr çoxsaylı itkilərin baş verdiyini iddia etsələr də, qurbanların dəqiq sayı hələlik məlum deyil.
Onlar bildiriblər ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdiyindən ölənlərin sayını təsdiqləmək üçün vaxt lazım olacaq.
Tahir TAĞIYEV