TRIPP layihəsi Ermənistanın İranla əlaqələrini birbaşa məhdudlaşdırır.
Bu barədə Sputnik Armenia multimedia mətbuat mərkəzində "Hüquqi Özbaşınalığa Qarşı" QHT-nin direktoru və Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan bildirib. Alaverdyan deyib ki, 30 il əvvəl amerikalı politoloq, sosioloq və dövlət xadimi Zbiqnev Bjezinski Cənubi Qafqazı Balkanlarla müqayisə edib, çünki o, ABŞ-ın Rusiyanı sıxışdırmaq məqsədi ilə regiona dominantlıq etməli olduğuna inanırdı. "Bu strateji məqsəd on illər əvvəl qoyulmuşdu. İndi isə bu, "TRIPP" adı altında baş verir. Layihə Ermənistanın İranla əlaqələrini birbaşa məhdudlaşdırır. Bir tərəfdən İran, digər tərəfdən Rusiya ayrılır", - deyə Alaverdyan bildirib.
Ermənistan Politoloqlar Assosiasiyasının sədri Miqran Şahzadeyan qeyd edib ki, İran layihənin ciddi təhlükə yaratdığına inanır. Bunu İranın yüksək vəzifəli rəsmilərinin də bildirdiyini qeyd edən Şahzadeyan "Bu, təkcə İran üçün deyil, həm də Rusiya üçün problemdir"- deyib.Onun sözlərinə görə, layihənin hüquqi qaydaları, məsələn, gömrük xidmətinin necə fəaliyyət göstərəcəyi hələ də qeyri-müəyyəndir, xüsusən də Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü nəzərə alınmaqla.
SAMİRƏ