Ermənistanın Baş naziri Paşinyanın həyat yoldaşı Anna Akopyan ölüm təhdidləri aldığını iddia edir. O, bu barədə İnstaqram səhifəsində video paylaşıb.
Akopyan məişət zorakılığı barədə danışdıqdan sonra təhdidlər almağa başladığını iddia edir.
"Ümid edirəm ki, dövlət qurumları buna imkan verməyəcək, çünki birinci xanımın zorakılığa məruz qalması ölkənin nüfuzuna böyük ziyan vuracaq", - deyə o bildirib.
Tahir TAĞIYEV