Tehran Xəzər dənizində İranlı dənizçinin ölümündən sonra qisas almaq hüququnu özündə saxlayır. İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali TASS-a verdiyi müsahibədə belə deyib. İran xarici işlər naziri Abbas Əraqçinin Kiyevə cavab veriləcəyi barədə verdiyi açıqlamaya istinad edən Cəlalinin sözlərinə görə, bu addımların forması və vaxtı ilə bağlı bütün qərarlar yalnız ölkə daxilində veriləcək. "Xarici işlər nazirimiz vurğulayıb ki, İran cavab vermək hüququnu özündə saxlayır. İran İslam Respublikasının maraqlarına uyğun olan bütün qərarlar İran daxilində rəhbərliyimiz tərəfindən veriləcək", - o bildirib. Xatırladaq ki, İran Xəzər dənizində mülki gəmiyə hücumda Ukraynanı günahlandırıb və bunu hərbi təcavüz aktı və beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. Tehranın məlumatına görə, iyulun 25-də gəmidə partlayış baş verib, nəticədə bir dənizçi həlak olub, digəri isə yaralanıb. İran Xarici İşlər Nazirliyi hücumun BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozduğunu xüsusi olaraq vurğulayıb.
Bu arada, "Defense Express" analitikləri İranın sərhədlərini tərk etmədən Ukrayna ərazisinə çata bilən ballistik raketlərə malik olduğu qənaətindədir.
SAMİRƏ