İran və Oman ötən həftə sonu Tehranda rəsmilərin görüşündən sonra danışıqları davam etdirir. Bloomberg-ə danişan mənbələrin sözlərinə görə, uğurlu razılaşma İslam Respublikası və ABŞ-a müharibəyə son qoymaq üçün danışıqları bərpa etməyə imkan verəcək. Bildirilir ki, Oman tərəfi bu məsələdə nikbindir və yaxın bir neçə gün ərzində irəliləyiş elan edəcəklərinə ümid edirlər. Lakin qeyri-sabit vəziyyət nəzərə alınmaqla, bunun baş verəcəyinə heç bir zəmanət yoxdur. Təkliflərdən biri, ehtimal ki, İran tərəfindən minalanmış "orta dəhliz" adlanan ərazinin açılmasıdır. “Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi mina təmizləmə missiyası yalnız əlverişli atmosfer yaradıldıqdan və İranın hücum təhlükəsi aradan qaldırıldıqdan sonra baş tuta bilər” - nəşrin xəbərində deyilir.
SAMİRƏ