Avropa İttifaqı (Aİ) artıq Ermənistandan strateji sektorlarda Rusiya bizneslərinin iştirakını azaltmağı, Rusiya ilə humanitar əlaqələri kəsməyi və buna qarşı çıxan daxili müxalifləri yatırmağı tələb edir.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.
SVR iddia edir ki, Brüsselin İrəvan Avrasiya İqtisadi Birliyindən çıxacağı halda Ermənistanda dərin iqtisadi böhranın qaçılmaz olduğunu qəbul edirlər. Lakin buna baxmayaraq, bir çox Avropa ölkəsi Aİ liderlərinə bazarlarını öz istehsalçılarının zərərinə Ermənistandan gələn mallara açmağa hazır olmadıqlarını bildiriblər.
"Eyni zamanda, Brüssel bürokratları İrəvanı qeyd-şərtsiz dəstəkləyəcəklərinə inandırmağa davam edirlər. Aİ konkret yardımın göstərilməsindəki gecikmələri Aİ-yə üzvlüyün tamamilə İrəvandan və onun Avropaya inteqrasiya yolundakı "nailiyyətlərindən" asılı olacağı ilə izah etmək niyyətindədir. Xüsusilə, onlar artıq Paşinyan hökumətindən strateji sektorlarda Rusiya biznesinin iştirakını azaltmağı, Rusiya ilə humanitar əlaqələri kəsməyi və daxili rəqibləri yatırmağı tələb edirlər", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilir.
Tahir TAĞIYEV