Yəməndəki husilər Səudiyyə Ərəbistanının şərqində Qırmızı dəniz sahilindəki Yanbu şəhərində bir sıra "həssas" xam neft təchizatı və nəqli məntəqələrinə zərbə endirdiklərini aşıqlayıblar.
Əl-Cəzirə xəbər verir ki, husilərin sözçüsü Yəhya Sari, bu addımın Səudiyyə Ərəbistanının pilotsuz təyyarələrinin Yəmənin hava məkanına daxil olmasına cavab olaraq atıldığını bildirib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hücumları pisləyərək, "təcavüzün" mənbəyinə cavab vermək hüququnu özündə saxladığını bildirib.
Tahir TAĞIYEV