İyulun 19-da Odessalimanından ayrıldıqdan sonra Rusiya raketləri ilə vurulan və 10 dənizçinin öldüyü hücumda ciddi zədələnən Türkiyə şirkətinə məxsus "Golden Leo" quru yük gəmisi günlər sonra Qara dənizdə batıb.
Türkiyədəki "Ocean Grace Shipping" şirkətinə məxsus quru yük gəmisi ilə bağlı açıqlama yayan Ukrayna tərəfi gəminin mühərrik və körpü hissələrinin raketlərlə vurulduqdan sonra istifadəyə yararsız hala düşdüyünü vurğulayıb: "Ötən həftə təcavüzkar ruslar tərəfindən raketlərlə vurulan Türkiyə şirkətinə məxsus gəmi dünən gecə içərisinə su dolması nəticəsində batıb. Hücum nəticəsində əksəriyyəti Suriya və Hindistan vətəndaşları olan on dənizçi həlak olub".
Tahir TAĞIYEV