Bazar günü günü, 20 sentyabr 2026
     

Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

Image


Akif Nəsirli: “Problem yalnız korrupsiya deyil, həm də idarəetmə keyfiyyəti və daxili nəzarət sistemlərinin zəifliyidir”

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 160,3 milyon manat məbləğində maliyyə nöqsanı və pozuntusu aşkarlanıb.

Nöqsanların bölgüsü belədir: 35 milyon manat üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib, qalan 110,5 milyon manat isə digər nöqsanlar kimi qeyd olunub. 2024-cü ilin birinci yarısında Hesablama Palatası 91 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb. 2025-ci ilin birinci yarısında isə rəqəm təxminən 65-70 milyon manat səviyyəsində qiymətləndirilirdi.

Diqqəti çəkən məqam odur ki, 2026-cı ilin ilk altı ayında 160,3 milyon manatlıq göstərici həm 2024, həm də 2025-ci illərin eyni dövrlərindən yüksəkdir. Məlum olur ki, pozuntuların miqyası və sayı azalmayıb. Bunun səbəbi nə ilə bağlıdır? Cəzasızlıqdan, yoxsa digər səbəblərdən irəli gəlir?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında yaranan problemin səbəbini bir sıra amillərlə əlaqələndirdi: “2026-cı ilin ilk altı ayında Hesablama Palatasının dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 160,3 milyon manat məbləğində maliyyə nöqsanı və pozuntusunun aşkarlanması bir neçə fərqli aspektdən qiymətləndirilməlidir. Təkcə məbləğin yüksək olması avtomatik olaraq korrupsiyanın və ya maliyyə intizamsızlığının artdığını göstərmir. Bu rəqəm həm də nəzarətin əhatə dairəsinin genişlənməsi, audit metodlarının təkmilləşdirilməsi və daha dərin yoxlamaların aparılması ilə bağlı ola bilər. Bununla belə, əgər ardıcıl olaraq bir neçə il ərzində pozuntuların həcmi azalmaq əvəzinə artırsa, bu artıq dövlət maliyyəsinin idarə olunmasında sistemli problemlərin mövcudluğuna işarə edir. Ən mühüm suallardan biri budur ki, niyə eyni xarakterli maliyyə pozuntuları ildən-ilə təkrarlanır? Əgər audit orqanı hər il oxşar nöqsanları aşkar edir, lakin növbəti illərdə yenə eyni problemlər ortaya çıxırsa, bu, auditin profilaktik təsirinin zəif olduğunu göstərir. Auditin əsas məqsədi yalnız pozuntunu aşkar etmək deyil, həmin pozuntunun yenidən baş verməsinin qarşısını almaqdır. Əgər bu baş vermirsə, deməli, nəzarət mexanizmləri tam işlək deyil. Burada cəzasızlıq amili də ciddi rol oynaya bilər. Əgər qanun pozuntusuna yol verən vəzifəli şəxslər real hüquqi, inzibati və ya maliyyə məsuliyyəti daşımırsa, gələcəkdə eyni halların təkrarlanması üçün münbit şərait yaranır. Məsuliyyət yalnız vəsaitin geri qaytarılması ilə məhdudlaşmamalıdır. Çünki dövlət vəsaitinin qanunsuz və ya səmərəsiz istifadəsi sadəcə maliyyə itkisi deyil, həm də ictimai etimadın zədələnməsi deməkdir”.

A.Nəsirlinin fikrincə, digər mühüm səbəb dövlət satınalmaları və büdcə xərclərinin idarə edilməsində mövcud boşluqlardır: “Bir çox hallarda pozuntular vəsaitin mənimsənilməsindən daha çox satınalma prosedurlarının pozulması, müqavilələrin düzgün tərtib edilməməsi, işlərin keyfiyyətsiz qəbul edilməsi, artıq ödənişlər və sənədləşmədəki çatışmazlıqlarla bağlı olur. Bu isə göstərir ki, problem yalnız korrupsiya deyil, həm də idarəetmə keyfiyyəti və daxili nəzarət sistemlərinin zəifliyidir. Daxili audit institutunun effektiv işləməməsi də bu vəziyyətə təsir edir. Dövlət qurumlarında daxili nəzarət mexanizmləri vaxtında problemləri aşkarlaya bilsəydi, onların əhəmiyyətli hissəsi Hesablama Palatasının yoxlamalarına qədər aradan qaldırıla bilərdi. Əgər pozuntular yalnız xarici audit zamanı üzə çıxırsa, bu, daxili maliyyə idarəetməsində ciddi boşluqların olduğunu göstərir. Bəzi hallarda büdcə vəsaitlərinin xərclənməsinə cavabdeh şəxslərin peşə hazırlığı da yetərli olmur. Dövlət satınalmaları, büdcə uçotu və maliyyə idarəçiliyi kifayət qədər mürəkkəb sahələrdir. Qanunvericilikdə tez-tez edilən dəyişikliklər, elektron satınalma sistemlərinin tətbiqi və yeni hesabat standartları əlavə bilik tələb edir. Təlimlərin kifayət qədər olmaması texniki xarakterli nöqsanların sayını artırır. Müsbət tərəf ondan ibarətdir ki, aşkar olunan 35 milyon manat üzrə bərpa qərarı qəbul edilib və 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Lakin əsas məsələ bundan sonrakı mərhələdir. Cəmiyyət bilməlidir ki, hüquq-mühafizə orqanlarına göndərilən materiallar üzrə neçə cinayət işi başlanıb, neçə nəfər məsuliyyətə cəlb olunub, dövlətə dəymiş zərərin nə qədəri real olaraq geri qaytarılıb. Bu məlumatlar ictimaiyyət üçün açıq olmadıqda, cəzasızlıq barədə təsəvvür daha da güclənir.

Diqqət çəkən məqamlardan biri də 110,5 milyon manatın "digər nöqsanlar" kimi təqdim edilməsidir. Bu kateqoriyanın hansı pozuntuları əhatə etdiyi, onların nə dərəcədə ciddi olduğu və hansı dövlət qurumlarında baş verdiyi barədə daha geniş məlumatın açıqlanması ictimai nəzarət baxımından vacibdir. Şəffaflıq artdıqca həm dövlət qurumlarının məsuliyyəti yüksəlir, həm də gələcək pozuntuların qarşısını almaq asanlaşır.

Problemin həlli üçün ilk növbədə riskəsaslı maliyyə nəzarəti sistemi daha da inkişaf etdirilməlidir. Ən çox pozuntu aşkarlanan sahələr əvvəlcədən müəyyən edilməli, həmin istiqamətlər üzrə davamlı monitorinqlər aparılmalıdır. Bu, yalnız sonradan pozuntunu aşkar etməyə deyil, onun baş verməsinin qarşısını almağa imkan verər. Elektron satınalma sistemləri daha da təkmilləşdirilməli, müqavilələrin icrası, ödənişlər və görülən işlər real vaxt rejimində izlənməlidir. Rəqəmsal nəzarət insan faktorunu azaltdığı üçün həm korrupsiya riskini, həm də texniki səhvləri minimuma endirə bilər. Daxili audit xidmətlərinin müstəqilliyi və səlahiyyətləri artırılmalıdır. Onlar rəhbərlikdən asılı olmayan, peşəkar və müstəqil struktur kimi fəaliyyət göstərməli, aşkar etdikləri nöqsanlar üzrə məcburi icra mexanizmlərinə malik olmalıdırlar. Dövlət vəsaitinin idarə edilməsinə cavabdeh şəxslərin peşəkarlığının artırılması da vacib istiqamətlərdən biridir. Maliyyə idarəçiliyi, satınalma qaydaları və büdcə intizamı üzrə mütəmadi sertifikatlaşdırma və ixtisasartırma proqramları tətbiq olunmalıdır. Eyni zamanda, məsuliyyət mexanizmləri sərtləşdirilməlidir. Eyni xarakterli pozuntunu təkrar törədən vəzifəli şəxslər üçün daha ciddi inzibati və hüquqi tədbirlər nəzərdə tutulmalı, yalnız vəsaitin geri qaytarılması ilə kifayətlənməməlidir. Bu, profilaktik təsiri gücləndirən əsas amillərdən biridir.

Nəhayət, Hesablama Palatasının tövsiyələrinin icrasına ayrıca nəzarət mexanizmi yaradılmalıdır. Audit hesabatı dərc olunduqdan sonra həmin qurumların nöqsanları hansı müddətdə aradan qaldırdığı, hansı tədbirləri gördüyü və tövsiyələrin neçə faizinin icra edildiyi barədə ictimai hesabatlılıq təmin edilməlidir. Əgər maliyyə pozuntularının həcmi ildən-ilə yüksək olaraq qalırsa, bu, yalnız ayrı-ayrı qurumların deyil, dövlət maliyyə idarəetmə sisteminin müəyyən elementlərinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir. Problemin həlli daha çox audit keçirməklə deyil, audit nəticələrinin real islahatlara, məsuliyyətə, şəffaflığa və idarəetmə keyfiyyətinin yüksəldilməsinə çevrilməsi ilə mümkündür. Bu halda həm dövlət büdcəsinin vəsaitləri daha səmərəli istifadə edilər, həm də ictimai etimad əhəmiyyətli dərəcədə artar”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ