İran Omandakı danışıqlar zamanı Hörmüz boğazının açıq qalması təklifini rədd edib. Bunu son iki həftə ərzində İran Silahlı Qüvvələri ilə ABŞ ordusu arasında baş verən toqquşmalar və diplomatik təmaslarla bağlı ölkə mətbuatına açıqlama verən İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.
Qəribabadi bildirib ki, ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazının açıq qalmasında və gəmilərin hərəkətinə icazə verilməsində israr edir, lakin İran nümayəndə heyəti bu təklifi qəbul etməyib.
"Nəticədən asılı olmayaraq, İranın fundamental siyasəti dəyişməyəcək. Biz bu təklifi qəbul etmədik. Hörmüz boğazının bağlanması və yeni münaqişə dalğası davam etdi. Bu, şərəfli diplomatiyanın əsl təzahürüdür" – deyə Qəribabadi bildirib.
Tahir TAĞIYEV