Bazar günü günü, 20 sentyabr 2026
     

Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

Image


Qvadelupada fəaliyyət göstərən “MIR Guadeloupe” təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyer Fransa hakimiyyətinin Dənizaşırı ərazilərlə bağlı müstəmləkəçi siyasətinə və dekolonizasiya çağırışlarını “daxili işlərə qarışma” kimi təqdim etmək cəhdlərinə sərt cavab verib. Bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Bildirilib ki, o, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə - C-24-ə ayrı-ayrılıqda məktublar ünvanlayıb.

Məktublarda Fransa parlamentarilərinin Azərbaycanın Dənizaşırı ərazilərin dekolonizasiyasının başa çatdırılması ilə bağlı mövqeyini “müdaxilə” kimi qələmə verməsi qətiyyətlə rədd edilir. Vurğulanır ki, hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə, bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir.

Qvadeluplu siyasi fəal rəsmi Parisə xatırladır ki, Yeni Kaledoniya və Fransa Polineziyası bu gün də BMT-nin dekolonizasiya edilməsi olan ərazilər siyahısındadır. Buna görə də həmin ərazilərin müstəmləkə statusunun beynəlxalq səviyyədə müzakirə edilməsini “xarici müdaxilə” adlandırmaq hüquqi və siyasi baxımdan əsassızdır. Bu ərazilərin vəziyyəti hər il BMT-nin C-24 Komitəsi və Baş Assambleyanın Dördüncü Komitəsi çərçivəsində nəzərdən keçirilir.

Məktublarda Fransanın Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib. Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi “azad seçim” heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib.

J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelup və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə “sanitar qalmaqal” kimi tanındığı vurğulanır.

C-24 Komitəsinə ünvanlanan məktubda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsi tələb olunur. Eyni zamanda, Fransadan Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir.

E.Makrona göndərilən məktubda isə Parisə açıq çağırış edilir: dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir.

“Qvadelup xalqının səsi Azərbaycanın qaldırdığı dekolonizasiya gündəliyi və Bakı Təşəbbüs Qrupunun formalaşdırdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatır. BTQ müxtəlif qitələrdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ayrı-ayrı mübarizələrini vahid beynəlxalq siyasi və hüquqi gündəlik ətrafında birləşdirir, onların mövqelərini BMT səviyyəsinə daşımasına imkan yaradır”.

Qvadelupdan ünvanlanan bu məktublar rəsmi Parisə verilən növbəti aydın cavabdır: müstəmləkəçilik “daxili iş” adı altında gizlədilə bilməz. Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim, müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

ZÜMRÜD




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ