Bağdadda keçirilən danışıqlar zamanı Livan Hörmüz boğazından keçərək Aralıq dənizinə neft tranziti marşrutu təklif edib. "The National" qəzeti hər iki ölkənin rəsmilərinə istinadən bu barədə bildirib.
İraq Baş naziri Əli əl-Zeydinin maliyyə müşaviri Mudir Məhəmməd Salihin sözlərinə görə, Livan Baş naziri Nəvaf Salamın Bağdada səfərinin əsas məqsədi "enerji sektoruna əsaslanan iqtisadi münasibətlərin yenidən qurulması" cəhdi olub. O əlavə edib ki, nümayəndə heyəti Livan ərazisindən İraqın Aralıq dənizinə əlavə çıxış yolu kimi istifadə etməyi təklif edib.
SAMİRƏ