İran mediası ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın gündəlik həyatı ilə bağlı olduğu iddia edilən detalları, eləcə də oğulları Barrona qarşı təhdidlərin yer aldığı video yayıb.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələri ilə tanınan “Tasnim” xəbər agentliyinin Telegram hesabındakı paylaşımda Melaniya Trampın tez-tez ziyarət etdiyi yerlər və alış-veriş etdiyi iddia edilən mağazalar göstərilib.
Videonun sonunda isə Barron Trampa ünvanlanan "Bizi gözləsin" təhdidi yer alır.
Tahir TAĞIYEV