Ukrayna Prezidenti Zelenskinin ABŞ-yə səfəri başlayıb. Bu barədə Zelenski Teleqram səhifəsində məlumat yayıb.
Zelenski hazırda ABŞ-da olduğunu bildirib: "Artıq ABŞ-dayam. Səfər çərçivəsində Tramp, onun komandası və müdafiəmizi dəstəkləyə biləcək şəxslərlə görüşlər olacaq. Bir nömrəli prioritet antiballistik və Amerika ilə strateji əməkdaşlıqdır. Sülhü daha da yaxınlaşdırmalıyıq", - deyə Zelenski bildirib.
Tahir TAĞIYEV