ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu açıq şəkildə tənqid edib. Tramp bu barədə açıqlamanı İsrail liderinin İranın Pikakse dağındakı yeraltı obyektində nüvə texnologiyasını inkişaf etdirməyə davam etdiyinə dair dəlilləri Trampa təqdim etmək niyyətində olduğu barədə xəbərlərdən sonra verib.
"Bibinin mənə bu barədə deməsinə ehtiyac yoxdur. Bibi bunu mənə deyir, çünki, mənim də bu işdə iştirak etməyimi istəyir", - deyə Tramp Netanyahu ilə görüşməzdən əvvəl bildirib.
"Biz artıq orada nə baş verdiyini dəqiq bilirik. Amma Bibinin bunu açıq şəkildə elan etdiyini eşitdim. Və "Niyə mənə demirsən? Niyə bunu bütün dünyaya elan edirsən?" dedim” – deyə ABŞ prezidenti qeyd edib.
Piksaksda nələrin baş verdiyini dəqiq bildiklərini deyən Tramp, bunun o qədər də böyük bir hadisə olmadığını bildirib: “Biz onların nüvə obyektini məhv etdik və əgər razılaşma əldə edə bilməsək, Piksaksı da məhv etməli olacağıq".
Tahir TAĞIYEV