Bazar günü günü, 20 sentyabr 2026
     

Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

Image


Akif Nağı: “Bu reallığı əks etdirən bir açıqlamadır”

İran Avstraliyadakı keçmiş səfiri Məhəmmədhəsən Qədiri Əbyanə "Dideban-e Iran" saytına bildirib ki, ABŞ İrana quru hücumuna hazırlaşır və bu hücum ABŞ Konqresinə seçkilərdən əvvəl, hətta yaxın günlərdə baş verə bilər. Qədiri Əbyanə vurğulayıb ki, bu hücumun məqsədi İran ərazisinin bir hissəsini, o cümlədən adaları, sahil zonalarını və bəzi sərhədyanı bölgələri işğal etməkdir. O əlavə edib ki, ABŞ Konqres seçkilərindən əvvəl hərbi qələbə qazanmaq üçün belə bir addıma ehtiyac duyur, lakin bu hücum "uğursuzluqla nəticələnəcək". Qədiri Əbyanə Vaşinqtonla anlaşmanı "təhəyyül" adlandıraraq bildirib ki, danışıqlar yolu ilə ABŞ ilə razılığa gəlməyin mümkün olduğunu düşünənlər hələ də illüziya içindədirlər.

Sabiq səfirin dedikləri nə qədər real ola bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, İran tərəfindən edilən bu açıqlamalar bir neçə məqsəd güdür. “Bir tərəfdən İran cəmiyyətində Amerika, İsrail təhlükəsi ab-havasını saxlamağa çalışırlar ki, onlar sabah hücum edəcəklər, buna hazır olmaq, bir olmaq lazımdır, hökumətə qarşı hansısa mənfi mövqe sərgiləmək olmaz. Yəni İran cəmiyyətini hələ də xarici düşmənə qarşı birləşmək tezisi ilə bir araya gətirməyi, onları nəzarətdə saxlamaq məqsədi güdür. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə ondan ibarətdir ki, bu bir qabaqlayıcı mövqedir. Qabaqlayıcı mövqe ilə göstərmək istəyirlər ki, Amerika hücuma keçəcəkdir. Bu bir təbliğatdır, strategiyasıdır. Bu təbliğatla dünyanı özlərinə tərəf çevirməyə çalışırlar ki, dünya Amerikaya qarşı mənfi mövqedə olsun, beynəlxalq ictimai rəy Amerikaya qarşı yönəlsin. Bu istiqamətdə bu məqsədlə gedirlər. Eyni zamanda bu söhbət çox gedir ki, Amerika rəhbərliyi quru əməliyyatlarına gedəcək, yoxsa yox? İranı müəyyən qədər müdafiə edən Rusiyadır, Çindir. Yəni bu ölkələr müəyyən çərçivə daxilindəİranı müdafiə edirlər ki, Amerikaya qarşı onları istifadə edərsinlər. O təbliğat da gedir ki, Amerika quru əməliyyatlar mərhələsinə keçməlidir. Bu da Amerika üçün çox ciddi təhlükələr yarada bilər. Ona görə də hesab edirəm ki, bu cür açıqlamaların verilməsi Trampı quru əməliyyatların başlamasına təhrik etmək məqsədi güdür. Əgər Amerika quru əməliyyatlarına başlayarsa birincisi, İran cəmiyyəti üçün yeni bir situasiya yaranacaqdır.

Əvvəlki tezis bir qədər öz təsirini itirib. İndi deyirlər ki, biz Amerikaya, İsrailə qarşı birləşməliyik. Bu tezis bir qədər artıq kütləviləşib ki, nə qədər gözləmək olar, nə qədər dözmək olar? Vəziyyət də ağırdır. İranın prezidenti Məhsud Pezeşkiyan artıq etiraf edir ki, ölkədə iqtisadi vəziyyət pisdir, sosial problemlər, çətinliklər var, insanlar narazıdır. Artıq insanların narazılığı ciddi problemə, təhlükəyə çevrilir. Yəni bu reallığı əks etdirən bir açıqlamadır. Onu gördük ki, həmin o gün düşmənə qarşı birləşmək tezisi bir qədər adiləşibdir. Amma yeni şəraitdə ki, Amerika, İsrail əsgərinin çəkmələri artıq İran ərazisinə keçir, buna qarşı mübarizə aparmaq lazımdır. Bu İrana cəmiyyəti səfərbər etmək üçün yenidən lazımdır. Eyni zamanda burada başqa bir məsələ də var ki, müəyyən qruplaşmalar mövcuddur. Onlar klassik müharibədə üz-üzə dayana bilməzlər Amerika ordusu ilə. Amma o cür diversiya, təxribat qrupları ilə Amerika ordusuna qarşı uzun, üzücü əks-əməliyyatlar keçirə, müharibə edə bilərlər. Yəni bu, İrana sərf edən bir variantdır. Eyni zamanda Çinə və Rusiyaya sərf edən variantdır ki, bu yolla Amerikanı İran bataqlığına salsınlar və ABŞ ciddi çətinliklərlə üzləşsinlər. Yəni bir neçə istiqamətdə bu cür açıqlamalar verilir. Əsas da bunların hamısını birləşdirən odur ki, İran özünün üstünlüyünü göstərməyə çalışır. Amerika strateji təşəbbüsün İranın əlində olduğunu göstərməyə çalışır. İstənilən hücuma da hazırıq. Yəni bu da çox vacib bir məsələdir. Amerika strateji təşəbbüsün İranın əlində olduğunu göstərməyə çalışır. İstənilən hücuma da hazırıq. Yəni bu da çox vacib bir məsələdir. Onu seçkilərlə də bağlayırlar. Konqresə aralıq seçkilər keçirilməlidir. Bu Amerika cəmiyyəti üçün çox vacib bir məsələdir. Amma bir qədər əvvəl Tramp bildirdi ki, bunu seçkilərə bağlamağa ehtiyac yoxdur. Yəni Amerikanın siyasəti var, partiyaların mövqeyi var, seçicilərin münasibəti var. Ona görə də İran guya seçkilərin taleyini həll edir. Tramp bu təsir vasitəsini İranın əlindən almağa çalışır. Ona görə də İran tərəfi çalışır ki, bu cür açıqlamalarla həmin təsir imkanlarını əllərində saxlasınlar”.

A.Nağı hesab edir ki, bu bir neçə istqamətdə gedən məsələdir. “Hesab edirəm ki, bu İran tərəfindən aparılan növbəti bir təbliğat kampaniyasıdır, informasiya savaşında İranın növbəti bir cəhdidir. Həm beynəlxalq ictimai rəyi, həm də Amerika cəmiyyətinin rəyini öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Amma inanmıram ki, bu cür açıqlamalar İranın istədiyi nəticələri versin”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ