İranla dərin danışıqlar aparırıq, amma əgər onlar uğursuz olarsa, tammiqyaslı hərbi əməliyyata qayıdacağıq. Bunu ABŞ prezidenti Donald Tramp News 12-yə müsahibəsində bildirib.
"Vasitəçilərin İranla danışıqlara şans vermək xahişinə cavab verdim, amma onları təxirə salmayacağam", - deyə o qeyd edib.
Bundan əvvəl açıqlama verən İslam Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqayi isə bildirib ki, İran hazırda ABŞ ilə heç bir danışıqlar aparmır.
"Biz milli maraqlarımızı qorumaq üçün diplomatik vasitələrdən istifadə etməkdən heç vaxt çəkinməmişik. Qarşı tərəf İrana qarşı təcavüz və hücumlarla məşğul olsa da, diqqətimiz yalnız müdafiəyə yönəlib... Hazırda ABŞ-la heç bir danışıqlar aparılmır", - deyə Bəqayi İran dövlət televiziyasında canlı yayımda bildirib.
Onun sözlərinə görə, ABŞ mövqeyini dəyişməyincə, onlarla "məqbul" diplomatik prosesə başlamaq mümkün deyil.
Tahir TAĞIYEV