Bazar günü günü, 20 sentyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
Tarix: 22.07.2026 / 16:16
Bölmə: Mədəniyyət
2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək Bakıda ikinci Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçiriləcək. Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival fərqli janrlarda rəqs, dram və musiqi tədbirlərini əhatə edir. Festival proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətkarlarla görüşlər və ustad dərsləri ilə birgə 20-dən çox tədbir daxildir. Bu möhtəşəm sənət bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətkarları və yaradıcı kollektivləri bir araya gətirəcək. Festivalın proqramı və daha ətraflı məlumat www.biaf.az rəsmi internet səhifəsində təqdim olunacaq. Builki festivalda beynəlxalq aləmdə nüfuz qazanmış sənətkarlarla azərbaycanlı sənətkarların, ansambl və təhsil müəssisələrinin əməkdaşlığına xüsusi diqqət yetirilir. Bu müəssisələrə Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Kamera Orkestri daxildir. BIAF-ın əsas tədbirləri Bakının bir neçə simvolik məkanında – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Heydər Əliyev Sarayı, İçərişəhər və digər məkanlarda keçiriləcək. Festival çərçivəsində tanınmış və beynəlxalq mükafatlara layiq görülmüş rejissor-xoreoqraf Əkrəm Xanın (Akram Khan) yeni əsəri — "Thikra: yaddaş gecəsi" ("Thikra: Night of Remembering") də nümayiş olunacaq. Bu tamaşa Əkrəm Xanın özünəməxsus yaradıcılıq üslubu olan klassik hind rəqsi "katak" ilə müasir rəqsin innovativ sintezini əks etdirir. Səhnə əsərinin geyim və vizual dizaynı 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanının milli pavilyonundakı genişmiqyaslı multimedia instalyasiyası ilə tanınan səudiyyə ərəbistanlı vizual rəssam Mənal Əl-Dovayana (Manal AlDowayan) məxsusdur. Layihənin dünya premyerası "AlUla Kral Komissiyası"nın sifarişi ilə 2025-ci ilin yanvarında keçirilmiş "AlUla İncəsənət Festivalı" çərçivəsində Əl-Ula şəhərindəki "Wadi AlFann" (İncəsənət Vadisi) adlanan təbii səhra mənzərəsində baş tutub. Ərəb dilində "yaddaş" və ya "xatırlama" mənasını verən "Thikra" ritualların gücünə əsaslanır. İllik toplantı formatında təqdim olunan bu əsərdə, bir qadın qəbiləsi əcdadlarının ruhunu oyatmaq üçün cəmi bir gecəliyə bir araya gəlir. Onlar ayinlər və kollektiv anma vasitəsilə zamanın hüdudlarını aşaraq, keçmişlə indini dərin bir yenilənmə hadisəsində birləşdirirlər. Bu il BIAF-ın musiqi proqramı həyatı və taleyi Azərbaycanla qırılmaz tellərlə bağlı olan əfsanəvi bəstəkar Dmitri Şostakoviçin 120 illik yubileyinə həsr olunub. Milli bəstəkarlıq məktəbinin inkişafına böyük təsir göstərmiş bu sovet dühası Bakıya tez-tez gələrək burada çıxışlar edirdi. İfaçılar arasında ikiqat "Qremmi" mükafatı laureatı, tanınmış skripkaçı Maksim Vengerov da yer alır. Dövrümüzün ən tələbat duyulan skripkaçılarından biri olan Vengerov Mstislav Rostropoviç, Georg Şolti və Yehudi Menuhin kimi əfsanəvi musiqiçilərlə əməkdaşlıq edib, həmçinin dünyanın nüfuzlu məkanlarında tez-tez aparıcı orkestrlərlə çıxışlar edib. Görkəmli musiqiçi lentə aldırdığı audioyazılara görə çoxsaylı mükafatlara, o cümlədən iki "Qrammofon", beş "Edison", iki "Eko Klassik" və "Classical Brit" mükafatlarına layiq görülüb. BIAF tamaşaçıları həmçinin beynəlxalq səviyyədə tanınmış cənubi afrikalı rəssam Uilyam Kentricin (William Kentridge) multimedia layihəsini — Şostakoviçin 10 saylı simfoniyasının vizual həllini izləyə biləcəklər. Kentric kollaj, kuklalar və maskalı aktyorlardan istifadə edərək "Ah, başqa bir dünyaya inanmaq" ("Oh To Believe in Another World") adlı animasiya filmini ərsəyə gətirib. Filmdə bəstəkarın 1953-cü ildə yazdığı — müəllifin ən şəxsi əsərlərindən biri hesab olunan möhtəşəm simfoniyasını müşayiət etmək üçün xəyalvari "tərk edilmiş sovet muzeyi" canlandırılır. Simfoniyanın Bakı ilə xüsusi bir bağı da var: əsər Şostakoviçin öz tələbəsi, azərbaycanlı bəstəkar və pianoçu Elmira Nəzirovaya bəslədiyi gizli sevgi etirafını əks etdirir. Bu möhtəşəm əsər, kökləri Bakıya bağlı olan dünyaşöhrətli Dmitri Sitkovetskinin dirijorluğu ilə BIAF Festival Orkestri tərəfindən ifa olunacaq. Qeyd edək ki, 2025-ci ildə BIAF Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa, Özbəkistan və digər ölkələrdən olan 100-dən çox sənətkarın iştirakı ilə 20-dən çox unikal tədbir təqdim edib. Festivalın qonaqları Robert Lepaj (Robert Lepage), Giyom Kote (Guillaume Côté), Şaron Eyal (Sharon Eyal), Yanq Lipinq (Yang Liping), Rimas Tuminas və Daniele Finzi Paska kimi səhnə ustadlarının əfsanəvi əsərlərini izləmək imkanı əldə ediblər. Dünyanın ən məşhur festival layihələrindən ilhamlanan BIAF müasir, beynəlxalq və çoxjanrlı mədəniyyət platformasıdır. Bu qlobal platformaya ev sahibliyi edən Bakı Şərqlə Qərbi birləşdirən dinamik, açıq və tolerant bir şəhər, müasir qlobal paytaxtdır. Vaxtilə İpək Yolunun mühüm dayanacağı olan və hər zaman fərqli xalqların, inancların cazibə mərkəzi kimi seçilən bu şəhər, bu gün də yüksək standartlar müəyyən edərək mədəniyyətləri qovuşdurur. Bakı Beynəlxalq İncəsənət Festivalı son illərin ən yaxşı səhnə performanslarını izləmək, eləcə də Azərbaycanın zəngin tarixini və rəngarəng mədəni ənənələrini kəşf etmək üçün unikal bir fürsətdir. BIAF-2026-nın ətraflı proqramı və biletlər barədə məlumat festivalın rəsmi internet səhifəsində yerləşdiriləcək: https://www.biaf.az/
DİGƏR XƏBƏRLƏR
Tarix: 19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb
Tarix: 19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı
- Bakı Bəyannaməsi imzalandı...
Tarix: 19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi
Tarix: 17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında
Tarix: 17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...
Tarix: 17.09.2026 / 12:19
Qarabağda Alban irsi: Epiqrafik saxtalaşdırmalar və tarixi həqiqətlərin bərpası
Tarix: 16.09.2026 / 15:36
Xudavəng monastırı: Alban irsinin saxtalaşdırılması və mədəni soyğunçuluq reallığı...
Tarix: 16.09.2026 / 12:09
Küləyin səsi...
Tarix: 15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan"
- TƏƏSSÜRAT
Tarix: 15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...
Tarix: 14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir -
FOTO
Tarix: 13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...
Tarix: 17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...
Tarix: 17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...
SON XƏBƏRLƏR
20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…
20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi
20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə
- İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…
20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır
- Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…
20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi"
- VİDEO
20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu
– bir gecədə 2 mindən çox dron vuruldu…
20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...
20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi
20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...
20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
- Azərbaycan XİN
20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı -
CNN, MS NOW, Politico…
20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb -
axtarışlar davam edir …
20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir -
müharibəyə son qoyulmasa da…
20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır -
Tramp anons etdi
20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı
– iki ölkə müharibənin bir addımlığından döndü…
19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı
- Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…
19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı
19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...
19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb
19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu
19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı
- Bakı Bəyannaməsi imzalandı...
19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb
– səbəb…
19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...
19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…
19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi
– işdə ABŞ izi göründü...
19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…
19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…"
- Aydın QULİYEV yazır…
19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...
19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi
19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi
19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi
- heç bir əsası yoxdur...
19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…
19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək
- Çin və Hindistan hədəfdə…
19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...
19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi
19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı
- VİDEO
19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…
19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı
19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi
- CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…
19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
– İDDİA…
18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət
- Kursk nüvə stansiyası vuruldu…
18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi
– bunlar cavabsız qalmayacaq…
18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır -
prosesdə Azərbaycanın da adı hallanır...
18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil
18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur”
- Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...
18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir
- Ayıq olun...
18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır
18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...
18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
- FOTO/VİDEO
18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...
18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...
18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...
18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu
18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...
18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir -
Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…
18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var…
Prezident Əliyev tam haqlıdır...
18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı
- Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...
18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...
18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...
18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı
18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış –
qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...
18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi -
növbəti dəfə…
18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı
18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...
18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib -
FOTO
18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır -
Vüqar Rəhimzadə
18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı
18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...
18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...
18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...
18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...
18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir -
Paşinyanın əlində "sülh və qisas qarpızı"...
18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir
- ABŞ viza verir…
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...
Populyar xəbərlər
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var -
neftin qiyməti və... Sanksiyalar iflas etdi...
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"
Tarix: 15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı
- bu nə sazişdir...
XƏBƏR ARXİVİ