19 İyul tarixində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Alban-Udi İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində layihə rəhbəri Aygün Əzizovanın olduğu "Qəbələ Mənzərələri" adlı etüd-ekskursiya təşkil olunub.
25 nəfərlik rəssam və media nümayəndələrindən ibarət qrup etüd-ekskursiya çərçivəsində Alban-Udi İcmasının qonağı olublar. Qonaqlar Udi Mədəniyyət Günündə Müqəddəs Yelisey adına kilsədə keçirilən “Vəftiz mərasimi” bayram tədbirində iştirak ediblər. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari və digər icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşılayıb. Robert Mobili Udi icmasının fəaliyyətindən, onlara göstərilən dövlət qayğısından bəhs edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına töhfə olduğunu bildirib bu cür görüşlərin gənclərin dünya görüşünün inkişafında, vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını nəzərə çatdırıb, Etüd iştirakçılarına uğurlar arzulayıb. Qonaqlara ziyarət zamanı Müqəddəs Yelisey (Cotari) adına Alban kilsəsi və Müqəddəs Məryam (Bulun) adına Alban Kilsəsi haqqında geniş məlumat verilib. Robert Mobili tərəfindən isə udi xalqına məxsus xüsusi zəngin nahar süfrəsi təşkil olunub.
İştirakçılar üçün açıq hava altında etüd dərsləri keçirilib.
Tədbirdə fəxri qonaq olaraq millət vəkili Razi Nurullayev, Ağdam Rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov iştirak edirdi. Rəsmi etüd-ekskursiyanın iştirakçılarından tədbirə seçki komissiyasının əməkdaşı Bahar Bağırova, həkim Xuraman Əlibəyli, AFLOOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, Şahanə Art Studionun rəhbəri Şahanə Paşayeva, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, ehtiyatda olan gizir Könül Əzimova, rəssam müəllim Sevinc Hüseynova, Dunyaxeber.com saytının rəhbəri Dünya Əliyeva, operator Xatirə Məmmədova qatılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub xatirə fotolarla çəkildi.