Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Beqayi bildirib ki, Fransa İrandan üzr istəməlidir.
"Fransa diplomatik pərdə altında İranın daxili işlərinə müdaxilə etdiyinə görə üzr istəməlidir. Dünən Fransanın Tehrandakı səfiri çağırılıb. Fransa hökumətinin müdaxiləni dayandırmalı olduğu vurğulanıb", - deyə o qeyd edib.
Bundan əvvəl İranda iki fransız diplomat saxlanılmışdı.
Tahir TAĞIYEV