Bazar günü günü, 20 sentyabr 2026
     

İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

Image


Əli Orucov: "Yeni neft kəmərinin Türkiyənin razılığı olmadan həyata keçiriləcəyini düşünmürəm"

İraq hökuməti ölkə neftinin Aralıq dənizinə Suriya üzərindən ixracını nəzərdə tutan layihəni təsdiqləyib və bu məqsədlə Suriya ilə memorandum imzalamağa razılıq verib. Layihə çərçivəsində Basra Oil Company ilə Suriyanın Energetika Nazirliyi yeni neft kəmərinin tikintisi üzrə əməkdaşlığa başlayacaq.

Yeni marşrut İraqın neft ixracında Türkiyənin Ceyhan limanına gedən mövcud kəmərdən asılılığını azaltmağı hədəfləyir. Bundan əlavə, uzun illərdir münaqişələr səbəbindən fəaliyyət göstərməyən və zədələnmiş Kərkük–Baniyas neft kəmərinin əvəzlənməsi də planlaşdırılır.

İraq hökuməti eyni zamanda ölkənin qərbində yerləşən Akkas neft-qaz yatağının işlənməsi üçün beynəlxalq şirkətlər konsorsiumu ilə əməkdaşlığa razılıq verib. Məlumata görə, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra İraq və Suriya enerji sahəsində əməkdaşlığı genişləndirməyə çalışırlar. Yeni boru kəməri Suriyaya tranzit gəlirləri gətirəcək, infrastruktur investisiyalarını artıracaq və iki ölkə arasında iqtisadi inteqrasiyanı gücləndirəcək. ABŞ rəsmilərinin də iyul ayında İraq neftinin Hörmüz boğazından yan keçməklə Suriya vasitəsilə daşınması məsələsini tərəflərlə müzakirə etdiyi bildirilir.

Hazırda Suriyanın Türkiyənin əleyhinə olan layihəyə razılıq verməsinə - Kərkük-Baniyas kəməri Kərkük-Ceyhan kəmərinin ləğvinə hesablanıb - Türkiyənin münasibəti necə olacaq?

Politoloq Əli Orucov məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, Yaxın Şərqdə uzun illərdir davam edən müharibələr, daxili qarşıdurmalar, silahlı münaqişələr və ümumi siyasi qeyri-sabitlik regionun enerji təhlükəsizliyinə və beynəlxalq enerji bazarına ciddi təsir göstərir. Onun sözlərinə görə, xüsusilə Bəsrə körfəzi, Oman körfəzi və Hörmüz boğazı kimi strateji ərazilərə nəzarət uğrunda böyük dövlətlər arasında gedən rəqabət enerji resurslarının hasilatı, daşınması və ticarətini daha da mürəkkəbləşdirir.

"Yaxın Şərqdə müntəzəm olaraq baş verən müharibələr, daxili qarşıdurmalar, silahlı münaqişələr və qeyri-sabitlik, eyni zamanda Bəsrə və Oman körfəzləri, eləcə də Hörmüz boğazına nəzarət uğrunda supergüclər arasında gedən amansız rəqabət bu coğrafiyadakı zəngin təbii ehtiyatların hasilatı, nəqli, ixracı və beynəlxalq bazarlara çatdırılması prosesini çətinləşdirir. Həm təchizatçılar, həm də istehsalçılar vaxtaşırı ciddi problemlərlə üzləşirlər. Bəzi hallarda isə risklər daha da artır. Məhz buna görə də alternativ marşrutların və yeni enerji dəhlizlərinin yaradılması istiqamətində axtarışlar davam etdirilir.

Suriya vətəndaş müharibəsinə qədər beynəlxalq enerji və nəqliyyat zəncirində müəyyən rol oynayan ölkələrdən biri idi. Lakin Bəşər Əsəd hakimiyyətinə qarşı on ildən artıq davam edən müharibə nəticəsində ölkənin nəqliyyat infrastrukturu ciddi zərər gördü, Suriya ərazisindən keçən enerji və logistika xətləri faktiki olaraq fəaliyyətini dayandırdı. Bu proses yolların, boru kəmərlərinin və digər mühüm infrastrukturun yararsız vəziyyətə düşməsinə səbəb oldu" - deyə siyasi şərhçi vurğuladı.

Onun sözlərinə görə, hazırda Suriyanın yenidən regional enerji layihələrinə qoşulması və yeni neft kəmərinin tikintisi ilə bağlı əməkdaşlığa başlaması ilk növbədə Dəməşqin milli maraqları baxımından qiymətləndirilməlidir: "Çünki uzun illər davam edən müharibədən sonra ölkənin iqtisadiyyatının bərpası, yeni investisiyaların cəlb edilməsi və tranzit gəlirlərinin artırılması Suriya üçün mühüm əhəmiyyət daşıyır.

Lakin bu heç də o demək deyil ki, regionun əsas oyunçularından biri olan Türkiyə bu prosesdən kənarda qala bilər. Ankara Suriyanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır və müəyyən mənada təminatçı funksiyasını yerinə yetirir. Bundan əlavə, Türkiyə ilə İraq arasında da strateji tərəfdaşlıq münasibətləri mövcuddur və iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq həyata keçirilir.

Məhz buna görə də hesab etmirəm ki, yeni neft kəmərinin çəkilməsi Türkiyənin razılığı və ya ən azı maraqları nəzərə alınmadan reallaşdırılsın. Türkiyə Yaxın Şərqdə, xüsusilə Suriya və İraqda fəal iştirak edən, regionun təhlükəsizlik və enerji arxitekturasına ciddi təsir imkanlarına malik olan əsas aktorlardan biridir. Ankara həm coğrafi mövqeyi, həm siyasi çəkisi, həm də enerji tranziti sahəsində oynadığı rol baxımından bu cür layihələrdə nəzərə alınmalı olan ölkədir.

Bu baxımdan hesab edirəm ki, həm Bağdad, həm də Dəməşq yeni enerji marşrutları və neft kəmərləri ilə bağlı qərarlar qəbul edərkən Türkiyənin maraqlarını mütləq nəzərə alacaqlar. Çünki regionda uzunmüddətli və dayanıqlı enerji layihələrinin həyata keçirilməsi yalnız əsas regional aktorların maraqlarının uzlaşdırılması şəraitində mümkün ola bilər".

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ