Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi, xüsusən də ikitərəfli iqtisadi münasibətlərdə yaranan problemlər barədə fikir mübadiləsi aparıblar.
Baş nazir Paşinyan Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi Birliyinin qaydalarına zidd olduğunu vurğulayıb və bu məsələlərin həlli üçün tədbirlər görülməsini istəyib.
Putin 29 may 2026-cı ildə Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin Ermənistanla bağlı qəbul etdiyi birgə bəyanata sadiq qaldığını bir daha təsdiqləyib. Xüsusilə, Ermənistanı Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsi ilə bağlı mümkün qədər tez ümumxalq referendumunun keçirilməsinin zəruriliyini vurğulanıb.
Paşinyan isə vurğulayıb ki, praktikada referendum keçirilməsi yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciətindən sonra və bu məsələ əsaslı hala gəldikdə mümkündür. Eyni zamanda, Baş nazir Ermənistanın bu məsələləri açıq, tərəfdaşlıq əsaslı və dostcasına dialoq yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.
Tahir TAĞIYEV