Bazar günü günü, 20 sentyabr 2026
     

“Sadə insan kimi tanınsam, daha yaxşıdır” - Taleh Yahyayev

Image


- Taleh müəllim, maraqlı və səmimi müsahibəyə görə ürəkdən təşəkkür edirəm. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür,pedaqoji fəaliyyətinizdə və musiqi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram. İllərdir vokal sənətinin inkişafına göstərdiyiniz fədakar xidmət, gənc istedadların yetişməsinə verdiyiniz dəyərli töhfələr və milli musiqi ənənələrinin yaşadılması istiqamətində gördüyünüz işlər hər zaman yüksək qiymətləndirilsin. Qoy zəngin sənət yolunuz bundan sonra da yeni yaradıcılıq zirvələri, alqışlar və uğurlarla davam etsin, həyatınız isə sevinc, xoşbəxtlik və gözəl anlarla dolu olsun.

On ildən artıqdır ki, Opera və Balet teatrnda çalışıram, bu vaxtadək nöqsanım olmayıb...

İyulun 24-ü Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, pedaqoq, Prezident mükafatçısı, dəfələrlə Beynəlxalq və Respublika müsabiqələri laureatı, klassik vokal ifaçısı Taleh Yahyayevin doğum günüdür. Elə bu məqsədlə onunla görüşüb fəaliyyəti, gördüyü işlərlə bağlı bir neçə sual ünvanladıq.

- Taleh müəllim, təbii ki, sizi tanıyan kifayət qədər dinləyici kontingenti var. Amma istərdik ki, sizin istedadınız haqda daha çox azərbaycanlı bilgilənsin. Elə ona görə də öncə məqsədimiz sizi tanımayanlar üçün özününzü necə təqdim etməyinizdir...

- Qısa olaraq deyərdim ki, klassik musiqiçi, akademik vokal ifaçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Prezident mükafatıçısı... Daha çox beynəlxalq müsabiqələr, respublika müsabiqələr laureatı olmuşam. Məncə, çox şeyi açıqlamasaq, daha yaxşı olar. Fikrimcə, bu qədər bəs edər... Bizim xalqımız məni nə qədər sadə insan kimi tanısa,daha yaxşıdır.

- Azərbaycan xalq musiqi irsi başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarətdir və təbii ki, hər bir xalqın musiqi irsində də bu, belədir. Sirr deyilsə, bəs Azərbaycanda milli vokal sənətinin – vokal məktəbinin banisi kimdir?

- Mən belə adlandırardım ki, ilk öncə vokal musiqisinin banisi elə sırf Azərbaycan musiqi dünyasının banisi Üzeyir Hacıbəylidir. Çünki Üzeyir bəy ilk olaraq Azərbaycan xalq musiqilərini nota salmasaydı, vokalçılar nə ifa edərdi? Beləliklə, musiqilər yarandı. Dahi Üzeyir bəy bu musiqiləri yazıb, toplu şəkilində nota köçürdü və bu musiqilərdən bəhrələnərək Bülbül, Şövkət Məmmədova kimi dahi sənətkarlar Azərbaycanda ilk professional vokal ifaçıları oldular. Burda birbaşa Üzeyir bəyin çox böyük əməyi, əziyyəti və rolu vardı. Musiqimizin banisi dahi Üzeyir bəy olduğu kimi, vokal və hətta instrumental janrda da onun rolu əvəzsiz və danılmazdır.

- Taleh müəllim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirərkən düşünmüşdümü ki, yaxud arzulamışdımı ki, Almaniyada konservatoriyada vokal dərsləri alıb avropalı mütəxəssislər T.Kraus, Y.Silvasti, V.Lucia, F.Silvana, Kerssenbrok, L.Stuçevskaya, L.Rudakova, Y.Obratsovanın ustad dərslərinin iştirakçısı olacaq?

- Əslində, akademiyada təhsil aldığım illərdə qarşıma bir məqsəd qoymusdum ki, mən mütləq xaricdə təhsil alacağam. Bu da bir çox tanınmış ustadların, elə adını qeyd etdiyiniz vokal ustadlarının ölkəmizə gəlişi ilə əlaqədar oldu. Onlar ölkəmizə səfər edərək, burada master klasslar verdilər. Mən onlardan bəhrələnərək müsabiqələrə dəvət aldım. Gedib o müsabiqələrdə qalibiyyətlər qazandım və mənə yeni şanslar yarandı. Təhsilimi və biliyimi getdikcə xarici ölkələrdə artırdım. Gücüstanın Telavi şəhərində və sonra isə Avropada, eləcə də Almaniyada təhsil aldım. Adını çəkdiyiniz böyük sənətkarların, pedaqoqların bilik və bacarığından bəhrələndim. Məhz buna görə də Rusiyada, Yunanstanda bir çox festivallarda, müsabiqələrdə və master klasslarda iştirak etdim.

- Barmaqla sayılmayacaq qədər ölkələrdə qastrol səfərlərində geniş konsert proqramı ilə musiqimizi layiqincə təmsil etmək sizin üçün nə deməkdir? Bu zaman keçirdiyiniz hissləri ifadə etməyiniz çox maraqlı olar...

- Xarici ölkələrdə iştirak etməyimin həm mənim üçün, həm də, ölkəmiz üçün çox əhəmiyyəti var. Mən belə düşünürəm ki, öz adımdan çox, ölkəmin adını yüksəklərə qaldıırmaq daha vacibdir. Hər zaman Azərbaycanımızın adı üçün çalışmalıyıq. Çünki hər bir şəxsin adının qarşısında onun milliyəti, milli mənsubiyyəti dayanır. Onun üçün ölkəmizi harada təmsil etməyimizdən asılı olmayaraq içimizdə böyük həyacan keçiririk. Bu həyacan indinin özündə də var. Bu yaxınlarda mən Türkmənistanda qastrol səfərindəydim, opera festivalı keçirilirdi. Bütün dünyadan orada opera ifaçıları var idi. Mən orda yenə də həmin həyacanı keçirdim. Çünki doğma vətənimi - Azərbaycanı təmsil edirdim. Azərbaycanı layiqincə təmsil etməliydim ki, bu təkcə mənim uğurum yox, bütöv bir xalqın uğuru olsun. Fərqi yoxdur, istər musiqiçi ol, istər idmançı, istərsə də elm xadimi, yetər ki, xalqımızı layiqincə təmsil edək.

- Bəlkə qastrol səfərlərində başınıza gələn maraqlı hadisələrdən danışasınız...

- Çox maraqlı hadisələr olur. Çünki uzun yollar qət edəndə çox maneələrlə qarşılaşırsan. Bir yaddaqalan qastrol səfərindən sizə danışım... Bu hadisə mən 2015-ci ildə Yunanstana qastrol səfərinə getdiyim zaman olub. Bakıdan birbaşa Yunanıstana reys olmadığı üçün Türkiyədən gedəsi olduq. Tabloda 2 saat yazılsa da, təəssüflər olsun ki, bizi aparan aviaşirkətin təyyarəsi 8 saat gecikmə etdi. Artıq qərara gəlmişdim ki, axşam rahat gedib dincəlib, müsabiqədə sabah iştirak edim. Elə oldu ki, 8 saat gözləməyimizə baxmayaraq, gedə bildik. Mən müsabiqənin başlamasına bir saat neçə dəqiqə qalmış çata bildim. Onun üçün çox həyacan, stress keçirdim. Bilirsiniz, uzun yol səsə çox təsir edir. Fiziki cəhətdən yorğunluq buna daha çox təsir edən amillərdəndir. Amma şükürlər olsun ki, cox yorğun, çox yuxusuz olmağıma baxmayaraq, mən özümü toparladım. Bilirsiniz ki, burada saat fərqi də rol oynayır. Amma mən özümə söz vermişdim ki, nə olsa da, o boyda yol qət eləyib gəlmisəm. Yuxusuzluğu, yorğunluğu, bir sözlə, hər şeyi kənara qoymalı, ölkəmizi layiqincə təmsil etməliyəm. Mən həmin müsabiqədə qranpri mükafatçısı oldum. Şükürlər olsun bu günə ki, mən həmin beynəlxalq müsabiqədə o boyda yorğunluğa, stresə, həyacana baxmayaraq, çox yüksək bir nəticə əldə etdim. Bu da yadda qalan hadisələrdən biri oldu mənim üçün.

- Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bir neçə dəfə Prezident mükafatına layiq görülmüsünüz. Bu mükafat boynunuza əlavə məsuliyyətləri qoydumu?

- Sənətimlə fəxr edirəm. Çox möhtərəm cənab prezidentimiz tərəfindən bir neçə dəfə Prezident mükafatına layiq görülmüşəm və bunun üçün qürur duyuram. Əməyimlə, sənətimlə fəxr edirəm ki, çəkdiyim əziyyətlər boşa getməyib. Dövlətimiz tərəfindən böyük mükafatlara layiq görülmüşəm. Bundan bir neçə gün öncə mən ilin ən gənc opera ifaçısı kimi Prezident təqaüdünə layiq görüldüm. Bəli, bütün bunlar daha çox məsuliyyəti artırır və daha çox öhdəliklər qoyur üzərimə. Müəllimlik peşəmdə, həm də sənət fəaliyyətimdə ən yaxşılardan olmaq mənim borcumdur. Dövlət tərəfindən verilən bu dəstəyə görə daha geniş şəkildə fəaliyyətimi inkişaf etdirməliyəm.

- Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarından, eləcə də az öncə adlarını sadaladığım avropalı tanınmış pedaqoq və professorlardan ustad dərsləri almısınız. İfa etdiyiniz əsərlərdən Avropa musiqisinin ətri gəlir. Bu barədə nə zamansa deyən olubmu sizə?

- Bəli, mən eyni zamanda Bakı Musiqi Akademiyasının professoru Sevda Məmmədovadan vokal dərsləri almışam. İxtisas müəllimim olubdur. Bunun üçün mən fəxr edirəm. Eləcə də bir çox müəllimlərdən ustad dərsləri almışam. Təbii ki, böyük sənətkarlardan dərs almaq mənim üçün fəxrdir. Elə ilk anlardan, ilk təhsil sahəsinə addımlayarkən, məhz klassikaya gəlməyimin səbəbi bu oldu ki, məni dinləyən professional müəllimlər, pedaqoqlar mənə dedilər ki, məhz sizin səsiniz klassikaya və Avropa məktəbinə daha yaxındır. Elə ona görə də mən məhz klassik opera sənətini seçdim və həqiqətən də gördüm ki, müəllimimin mənə göstərdiyi yol çox doğru və düzgündür. Mən bu yolda uğurlar qazandım. Eləcə də, daha çox xarici ölkələrə səfərimiz zamanı hər kəs mənə deyirdi ki, müsəlman ölkəsindən gəlməyinizə baxmayaraq, sizin səsiniz Avropa səsidir. Ona görə də, mən təvazökarlıqdan uzaq olaraq, bunu deyirəm ki, Azərbaycan Opera və Balet Teatrında klassik opera və eləcə də milli operalarda məharətlə çıxış edirəm. Nəinki öz ölkəmizdə, eləcə də xarici ölkələrdə opera tamaşalarında, opera konsert və festivallarında hər zaman yüksək səviyyədə həm Azərbaycan musiqisini, həm də Avropa musiqisini ifa edirəm.

- Gənclik və peşəkarlıq – zənnimcə,bir-biri ilə tərs mütənasibdir. Yəni gənc yaşda peşəkarlıq zirvəsinə yüksəlmək asandırmı, yoxsa bunun başqa sirri var?

- Əslində, deməzdim ki, tərs mütənasibdir. Bu, müsbət tendensiyadır. İnsan gənclikdə daha çox şey istəyir. Yəni bilik-bacarıq cəhətdən, həm də mənəvi cəhətdən çox rahatdır. Bunu peşəkar insanlar daha çox anlayar. İnsan nə öyrənirsə gənc yaşlarında öyrənir. Mənim müəllimim mənə həmişə tövsiyə edərdi ki, "gənc yaşlarında adına görə çalış. Cavan yaşlarında artıq ad özü sənə rəğbət qazandıracaq". Bu, həqiqətən də belədir və mənim təcrübəmdə bu, öz əksini tapdı. Əslində, sənətlə, ciddi musiqi ilə məşğul olan insanlar, daha çox uşaq musiqi məktəblərində, kolleclərdə, universitetlərdə püxtələşməlidir, öz sənətini sevməlidir.Bəlkə də mən ona görə də seçilənlərdən, sayılanlardan, daha çox öndə olanlardan oldum. Bu doğrudur ki, insan nə əldə edirsə, gənc yaşlarında etməlidir. Yaşa dolduqca insan püxtələşir, getdikcə yaşının müəyyən bir vaxtında ustadlıq zirvəsinə yüksəlir.

- Tanınmış italyan bəstəkarı Cüzeppe Verdinin 4 pərdəli “Trubadur” operasının librettosunu Salvatore Kammarano tanınmış ispan dramaturqu Antonio Qarsia Quterresin eyni adlı əsəri əsasında yazıb. Səhv etmirəmsə, bu operada Qraf di Luna obrazını canlandırmısınız. Bu obraz həyata baxışlarınıza necə təsir etdi? Təəssüratlarınız maraqlıdı...

- Düzdür, adıçəkilən operada Cüzeppe Verdinin 4 pərdəli “Trubadur” operasının librettosunu Salvatore Kammarano tanınmış ispan dramaturqu Antonio Qarsia Quterresin eyni adlı əsəri əsasında yazıb. Mənim həyatımda çox şeyi dəyişdi bu obraz. Akademiyada təhsil aldığım dövrdə imtahanda mən bu obrazı canlandırdığım üçün məhz professional səhnəyə, akademik səhnəyə dəvət aldım və həmin bu obrazı ilk dəfə mən Bakı Musiqi Akademiyasının nəzdində opera studiyasında ifa etmişəm. Tələbə olduğum dövrdə, imtahan zamanı.... Bu tamaşadan sonra sanki mənə qapılar açıldı. Mən Akademik Opera və Balet Teatrına dəvət aldım. Eyni zamanda, Asəf Zeynallı adına Bakı Musiqi Kollecində müəllimlik fəaliyyətimə başladım.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerasında Azərbaycanda ilk dəfə Nəsimi obrazını canlandırmaq sizə nəsib olub. Hansı üstünlükləriniz bu rolun ifaçısı olmağınıza təminat verdi?

- Bəli, Azərbaycanda Firəngiz Əlizadənin “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının ilk ifaçısı mən olmuşam. Bunun üçün fəxr edirəm. O vaxt orada başqa tanınmış solistlər də var idi. Rusiyadan dəvət olunmuş rejissor bir neçə bariton səs ifaçıları arasından məhz məndə qərarlaşdı. Bu obrazı məndə gördü. Həqiqətən gənc yaşda bu obrazı oynamaq məni çox qürurlandırdı. Sanki sənətimin zirvəsinin yarısında olduğum bir dövrdə mənə belə yüksək qiymət verilməsi sevindirici haldır. Bu, dövlət əhəmiyyətli bir tamaşa idi. Bu tamaşa, primyera Nəsimi ili - Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində Azərbaycanın ən böyük saraylarından biri olan Heydər Əliyev adına sarayda baş tutdu. Mən bunu böyük bir heyətlə ifa etdim. Xor truppası, balet truppası ilə solist olaraq tək mən çıxış etdim. Rusiyadan dəvət olunmuş həmin o rejissor Smirnov seçimi özü etdi. Bu seçim təxminən iki aya qədər davam etdi və sonda məndə qərarlaşdı. Və 2019-cu ilin dekabr ayının 27-də həmin primera baş tutdu.

- Üzeyir Hacıbəyli, F. Əmirov, C. Cahangirov, M. Maqomayev, R. Mustafayev, V. Adıgözəlov, C. Verdi, G. Donizetti, C. Puccini, Maskanyi, Leonkavallo, J. Bize və digər neçə-neçə yerli və avropalı ustadların əsərlərinə müraciət etmisiz. Bəs hansı əsəri sizin üçün “uğur böcəyi” adlandırmaq olar?

- Sizi inandırım ki, istər Azərbaycan tamaşaları, istərsə də klassik avropa tamaşaları olsun, onu mən hər zaman ürəyimə yatan tərzdə, mənə yaxın olan obrazları yaşayaraq tamaşaçılara çatdırmışam. Bir çox obrazlar var ki, mənə təklif olunsa da, mən razılaşmamışam. Baxmışam, maraqlanmışam və geniş şəkildə o əsəri təhlil eləmişəm. Olubdur ki, mən hiss etmişəm ki, həmin əsəri ürəklə tamaşaçıya çatdıra bilməyəcəm. Ancaq bütün ifa etdiyim obrazlar sonradan rəğbətlə qarşılanıb. Müğənni, aktyor elə olmalıdır ki, oynadığı obraza, tamaşaya ürəyini qoysun, onu tamaşaçıya çatdıra bilsin. Bilirsiniz, elə xarici opera tamaşaları var ki, tamaşaçı o dilləri bilmir. Məsələn, italian, fransız dilləri kimi... Axı, hər tamaşaçı bu dilləri bilmir. Amma onu gərək aktyor kimi müəyyən jestlərlə, mimikalarla, elə çatdırmalısan ki, tamaşaçı səni anlasın, başa düşsün. Söhbətin nədən getdiyini bilsin. Obrazda olan sevgini, məhəbbəti, qəm-qüssəni, əgər faciyə varsa, onu tamaşaçıya olduğu kimi çatdırmaq lazımdır. Elə səhnələr var ki, orada əzab var, əziyyət var... O əzab-əziyyəti çox təbbi şəkildə tamaşaçıya ötürməlisən. Tamaşaçı hiss eləməlidir ki, burada aktyor və ya sənətçi qəmdənmi, qüssədənmi, əziyyətdənmi, bəladanmı ağlayır və ya söz açır. Yəni hər şeyi olduğu kimi tamaşaçıya çatdırmaq aktyorun, ifaçının, müğənninin borcudur. Bütün obrazlar mənim üçün əzizdir. Elə bir tamaşa olmayıb ki, mənə uğur gətirməsin. Şükür Allahın bu gününə. Səs çox təhlükəli canlı alət sayılır. Hər zaman səsimi qorumağa çalışıram. Səsimin üzərində çoxlu işləyirəm, müxtəlif məşqlər edirəm ki, səsim hər zaman formada qalsın. On ildən artıqdır ki, Opera və Balet teatrnda çalışıram. Şükürlər olsun ki, bu vaxtadək nöqsanım olmayıb. Nə səsimdə, nə səhnədə, nə də oynadığım obrazlarda... Bu, mənim başımın ucalığıdır. Sağ olsun, rəhbərliyimiz də bunu çox yüksək qiymətləndirir.

- Sizə vermədiyim sual, yəni hansı sualı eşitmək istərdiniz?

- Bütün suallarınız maraqlı idi. Ən çox istədiyim suallardan demək olar ki, hamısını mənə verdiniz. Amma bilirsiniz ki, mən bir peşə yolu ilə də addımlayıram. Bu, çox hörmətli və müqəddəs peşə olan pedaqoji fəaliyyətimdir, müəllimlik peşəsidir. Mən istərdim ki, siz müəllimlik sənəti barəsində də sual verəsiniz. Artıq mən iki universitetdə - ali təhsil ocağında dərs deyirəm, fəaliyyət göstərirəm. Bu illər ərzində çox istedadlı tələbələr yetişdirmişəm. Hətta səhnədə artıq öz tələbələrimlə çiyin-çiyinə çalışıram. Bu da məni bir müəllim kimi çox sevindirir. Necə ki, müəllimlərim indi mənimlə fəxr edir, mən də öz tələbələrimin uğurlarına baxıb fəxr edirəm. Professional səhnələrdə öz yetişdirdiyim, öyrətdiyim tələbələrlə bərabər çıxış etmək, əlbəttə ki, gənc müəllim olaraq uğurumdur.

- Müəllimlik fəaliyyətinizdən söz açdınız. Bu yaxın zamanlarda öz tələbələrinizlə geniş konsert proqramı ilə çıxış etmək keçirmi ürəyinizdən?

- Müəllimlik fəaliyyəti dövründə öz tələbələrimlə dəfələrlə həm konsert salonlarında, həm də televiziya proqramlarında solo konsertlər vermişik. İnşallah, yeni tədris ilində, oktyabrın 5-də müəllimlər günü münasibəti ilə gözəl konsert proqramı təşkil edəcəyik. Həm Bakı şəhərindəki konsrt salonlarının birində, həm də Azərbaycan Milli Konservatoriyasının böyük zalında öz tələbələrimlə gözəl çıxıslarımız olacaq. Eyni zamanda, noyabr ayında iki tələbəm beynəlxalq müsabiqəyə hazırlaşır. Onlara da uğurlar arzulayıram. İnşallah ki, qalibiyyət əldə edərlər.

Vüqar Əsgər,

araşdırmaçı-ssenarist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ