Ukrayna Prezidenti Volodimir Zelenski İranla münasibətlərin pisləşməsinəmünasibət bildirib. Zelenski Sky News-a müsahibəsində bildirib ki, İran, eləcə də Şimali Koreya əvvəldən Ukraynaya qarşı Rusiyanı silah, hərbi texnologiya və əsgərlərlə təmin ediblər.
"Ehtiyatlı olmalıyıq. İstənilən halda yeni cəbhə açmamaq üçün hər şeyi etməliyik. Amma dürüst olmalıyıq. İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər. Ümid edirəm ki, bu hücumları gücləndirməzlər, amma biz hər şeyə hazır olmalıyıq" – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, sözügedən ölkələrə etibar etmək olmaz: “Çünki lap əvvəldən, bizim tərəfimizdən hər hansı bir eskalasiya əlaməti olmadan İran Rusiyanı silah, Şimali Koreya silah, dronlar, raketlər, 155 kalibrli artilleriya mərmiləri və 10 min əsgərlə təmin edib”.
Tahir TAĞIYEV