Bazar günü günü, 20 sentyabr 2026
     

Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

Image


Tofiq Abbasov: "Rusiyanın özü və MDB məkanı böyük bazardır, artıq sanksiyalara yenidən baxılmasına ciddi ehtiyac var"

Financial Times yazır ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları böyük paketlər şəklində qəbul etmək praktikasından imtina etməyi nəzərdən keçirir.

Buna səbəb bəzi üzv ölkələrin, xüsusilə Yunanıstanın 21-ci sanksiya paketini gecikdirməsi olub.

Yunanıstanın mövqeyinin Rusiya LNG daşımaları ilə məşğul olan Dynagas şirkətinin maraqlarını qorumaq istəyi ilə əlaqəli olduğu bildirilir.

Aİ rəsmiləri üzv dövlətlərin veto imkanlarını azaltmaq üçün sanksiyaların daha çevik şəkildə qəbul edilməsinin yollarını axtarır. Təkliflərdən biri sanksiyaların böyük paketlər əvəzinə ayrı-ayrı və ya kiçik tematik bloklar şəklində qəbul edilməsidir. Bu yanaşmanın məqsədi ayrı-ayrı ölkələrin vetosu səbəbindən sanksiyaların gecikməsinin qarşısını almaqdır. İndiyədək sanksiyalar daha çox siyasi və ictimai təsir yaratmaq məqsədilə böyük paketlər şəklində qəbul olunurdu. Mənbələrin bildirdiyinə görə, 23 iyulda razılaşdırılmış 21-ci sanksiya paketi bu formatda qəbul edilən son paket ola bilər.

Meduza-nın məlumatına əsasən, Dynagas 2025-ci ilin əvvəlindən etibarən 11 gəmi ilə 10 milyon tondan çox Rusiya LNG-si daşıyıb və 144 səfər həyata keçirib.

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları böyük paketlər əvəzinə ayrı-ayrı bloklar şəklində qəbul etməsi sanksiyaların effektivliyinə və Aİ daxilində qərar qəbuletmə prosesinə necə təsir göstərə bilər?

Tofiq Abbasov:

Politoloq Tofiq Abbasov məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, Avropa İttifaqının sanksiyaları böyük paketlər əvəzinə ayrı-ayrı bloklar şəklində qəbul etməyi nəzərdən keçirməsi taktiki gedişdir. Onun sözlərinə görə, Aİ və ABŞ-ın bəzi ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar təkcə həmin dövlətlərə deyil, bütövlükdə dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərir.

"Birincisi, bu sanksiyalardan zərər çəkən yalnız Rusiya, İran və ya Çin deyil, həm də dünya bazarında fəaliyyət göstərən iri şirkətlərdir. Çünki qlobal iqtisadiyyatın aparıcı şirkətləri ciddi çətinliklərlə üzləşiblər. Eyni zamanda beynəlxalq ticarət əlaqələrinin dinamikası zəifləyib. Belə şəraitdə böyük şirkətlər hansı strategiyanı seçəcəkləri barədə düşünmək məcburiyyətində qalırlar. Faktiki olaraq onlar ciddi problemlərlə üzləşiblər. Məhz buna görə də siyasi dairələrdə, həm Avropa İttifaqında, həm də ABŞ-da müəyyən korrektələr edilməsinə ehtiyac yaranır.

Donald Tramp isə bu məsələlərə daha çox öz maraqları prizmasından yanaşır və ilk növbədə ailə biznesinin maraqlarını güdür. O, Avropaya qarşı etinasız münasibət nümayiş etdirir. Trampın bu eqoist yanaşması avropalı siyasətçilərdə narazılıq yaradır. Onun özünü 'mən bossam' kimi aparması qəbul edilmir. Özünə hörmət edən siyasətçilər bu davranışı qəbul etmir və fəaliyyətlərini yeni planlar üzərində qurmağa çalışırlar.

Yunanıstanın Dynagas şirkətinin maraqlarını müəyyən mənada anlamaq olar. Çünki bazarlarda sıxlıq yaranıb, transmilli şirkətlərin diqtəsi güclənib, üstəlik, müharibə amili də qalmaqdadır. Hazırkı müharibələr dünya iqtisadiyyatında və sosial sahədə böyük çətinliklər yaradır. Belə vəziyyətdə hökumətlər yeni iqtisadi problemlərlə üzləşməmək üçün bu maneələri aradan qaldırmağın yollarını axtarır.

Güclü dövlətlər bəzən elə vəziyyət yaradırlar ki, hamı zərər görür. Onlar özləri də itki verirlər, lakin bilirlər ki, yenidən ayağa qalxmaq üçün kifayət qədər iqtisadi və maliyyə resurslarına malikdirlər. Kiçik dövlətlər isə eyni imkanlara sahib olmadıqları üçün belə proseslərdən mümkün qədər yayınmağa çalışırlar.

Mən hesab edirəm ki, Ukraynadakı müharibə müəyyən mərhələdə dondurulacaq. Bu müharibənin hərbi yolla qalibi olmayacaq. Döyüşlərin dayanması isə iqtisadi fəallığın bərpasına təkan verəcək. Belə olan halda bir çox sanksiyaların ləğvi və ya yumşaldılması gündəmə gələ bilər. Çünki Rusiyanın özü və MDB məkanı böyük bazardır. Artıq sanksiyalara yenidən baxılmasına və iqtisadi əlaqələrin bərpası üçün yolların açılmasına ciddi ehtiyac var" - deyə Abbasov fikrini yekunlaşdırdı.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ