Cümə günü, 06 noyabr 2026
     

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

Image


Süni intellekt (Sİ) texnologiyaları təhsil proqramlarına da dərindən sirayət edib. Sİ texnologiyaları təhsil proqramlarına təlim prosesini fərdiləşdirmək, repetitorluq xidmətləri göstərmək, tapşırıqların avtomatlaşdırılması və tələbələrin inkişafını izləmək vasitəsilə inteqrasiya olunur. Bu yeniliklər öyrənmə mühitini daha əlçatan və interaktiv edir.

Süni intellektin tədrisə tətbiq olunmasının əsas yollarına gəlincə, burada bir neçə məqama diqqət yetirmək lazımdır. :

1. Fərdiləşdirilmiş Tədris (Adaptiv Təlim):

Hər bir tələbənin öyrənmə sürəti və bacarıqları fərqlidir. Süni intellekt platformaları tələbənin bilik səviyyəsini analiz edərək, tədris materiallarını və tapşırıqları avtomatik olaraq onun ehtiyaclarına uyğunlaşdırır.

2. İnteraktiv Virtual Repetitorlar:

Sİ əsaslı çat-botlar tələbələrə 24/7 rejimində fərdi dəstək verir. Onlar çətin mövzuları sadə dildə izah edir, əlavə tapşırıqlar təklif edir və səhvləri dərhal düzəldərək dərsləri daha effektiv edir.

3. Tapşırıqların və Qiymətləndirmənin Avtomatlaşdırılması:

Müəllimlər testləri və esse tipli tapşırıqları yoxlamaq üçün intellektual alətlərdən istifadə edirlər. Bu sistemlər tələbələrin ümumi irəliləyişini hesabat formasında təqdim edir və müəllimlərə qiymətləndirmə prosesində vaxt qazandırır.

4. İntellektual Məzmun Yaradılması:

Sİ alətləri kurikulum hazırlığına kömək edir. Dərsliklər, vizual qrafiklər və interaktiv testlər (məsələn, Quizlet platformasında) Sİ tərəfindən avtomatik generasiya olunaraq müəllimlərin ixtiyarına verilir.

5. Tələbənin Davamiyyətinin və Uğursuzluğunun Proqnozu:

Analitik modellər vasitəsilə tələbənin dərsdə geri qalma ehtimalı və ya imtahanlarda uğursuzluq riski əvvəlcədən təxmin edilir. Bu, pedaqoqlara həmin tələbələrə əvvəlcədən xüsusi dəstək göstərmək imkanı yaradır.

Ekspertlərə görə, süni intellekt təhsil prosesində istifadəçilərdə dərslərin planlaşdırılması, mövzuların tədrisi ilə bağlı proqramların hazırlanması bacarıqlarını vərdiş halına çevrilməsi, müəllimlərə şagirdlərin qiymətləndirilməsi kimi işlərdə çox yardımçı olur. Onun köməkliyi ilə məktəb mühitində şagird diferensasiyası və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək mümkündür.

Süni İntellektin təhsil sisteminə təsiri bu gün çox müzakirə olunur. Ali və orta məktəblərdə, liseylərdə Sİ texnologiyalarından geniş istifadə olunur.

Təhsil sistemində yanaşmalar zamanla yenilənir və bu dəyişikliklər öyrənmə prosesinə daha çevik baxışı ön plana çıxarır. Süni intellekt əsaslı həllər tədrisə daha geniş prizmadan yanaşmağa imkan verir, şagirdin inkişafını mərhələli şəkildə izləməyi və proses boyu əldə olunan məlumatları nəzərə almağı mümkün edir. Bu yanaşma öyrənmənin yalnız nəticə deyil, bütöv bir inkişaf yolu kimi dəyərləndirilməsinə şərait yaradır.

Bu yanaşma şagirdin güclü və zəif tərəflərinin erkən mərhələdə müəyyən edilməsinə, müəllimlərin daha dəqiq pedaqoji qərarlar verməsinə,

tədris proqramlarının dinamik şəkildə yenilənməsinə imkan yaradır.

Bu yanaşma təhsil prosesinin daha çevik qurulmasına və konkret inkişaf hədəflərinə fokuslanmasına imkanlar açır.

Ekspertlər hesab edir ki, son dövrlərdə süni intellektin inkişafı və onun təhsildə tətbiqi geniş müzakirə olunan mövzulardan biridir.

Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb.

Platformanın “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “OpenAI” arasında imzalanan Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.

Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.

Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.

İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq formalaşdırılır. “OpenAI” ilə əməkdaşlıq süni intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uzlaşır.

“OpenAI”nin Təhsil və dövlət proqramları üzrə bazara çıxış rəhbəri Kevin Mills isə qeyd edib ki, Azərbaycan süni intellektin təhsilə tətbiqinə düşünülmüş və iddialı yanaşma nümayiş etdirir. “OpenAI” ilə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı güclü milli rəqəmsal infrastruktur və şagirdlərlə müəllimlərin süni intellektdən praktik və məsuliyyətli şəkildə istifadəsinə dəstək vermək öhdəliyi üzərində qurulur. O, “OpenAI”nin API texnologiyaları əsasında hazırlanacaq platformasının öyrənməyə dəstəyi, sinifdaxili təcrübəni gücləndirəcəyi və şagirdlərin gələcək üçün vacib bacarıqlarının formalaşmasına töhfə verəcəyi ilə bağlı araşdırması barədə də danışıb.

Əməkdaşlıq çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Open AI” milli süni intellekt innovasiya ekosisteminin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcək. Qeyd olunan istiqamətdə hakatonların, “build days” formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat və inkişaf əməkdaşlığının təşkili nəzərdə tutulur. Məqsəd Azərbaycanın süni intellekt əsaslı həllər üzrə regional mərkəz kimi mövqeyini gücləndirməkdir.

Yeri gəlmişkən, Mingəçevir Dövlət Universitetinin timsalında Azərbaycanda ilk dəfə süni intellekt müəllim seçiminə cəlb olunur.

Mingəçevir Dövlət Universiteti rəqəmsal transformasiya və innovativ universitet idarəetməsi istiqamətində həyata keçirdiyi islahatların davamı olaraq müəllimlərin işə qəbulu prosesində süni intellekt texnologiyalarından istifadəni nəzərdə tutan MDU Smart Faculty Selection Platform (SFSP) konsepsiyasının hazırlanmasına başlayır. Platformanın əsas məqsədi müəllim seçimi prosesini daha şəffaf, obyektiv, sürətli və məlumatlara əsaslanan şəkildə təşkil etmək, eyni zamanda akademik keyfiyyətin yüksəldilməsinə töhfə verməkdir. Sistem süni intellekt, məlumat analitikası və ekspert qiymətləndirməsini vahid platformada birləşdirərək seçim komissiyasının qərarvermə prosesini dəstəkləyəcək. Platforma vasitəsilə namizədlərin təqdim etdikləri sənədlər, elmi və pedaqoji fəaliyyəti, beynəlxalq təcrübəsi, elmi nəşrləri, layihələrdə iştirakı və digər akademik göstəriciləri vahid meyarlar əsasında təhlil ediləcək. Eyni zamanda, sistem müsahibə mərhələsi üçün fərdiləşdirilmiş sualların hazırlanmasına, sınaq dərslərinin analitik qiymətləndirilməsinə və hər bir namizəd üzrə ətraflı hesabatların formalaşdırılmasına imkan verəcək. MDU vurğulayır ki, platforma qərar qəbul edən mexanizm deyil, qərarverməni dəstəkləyən intellektual vasitədir. Yekun qərar universitetin müvafiq seçim komissiyası tərəfindən qəbul ediləcək. Bununla yanaşı, qiymətləndirmə meyarlarının şəffaflığı, etik prinsiplər, məlumat təhlükəsizliyi və şəxsi məlumatların məxfiliyinin qorunması platformanın əsas fəaliyyət prinsipləri olacaq. Yeni yanaşmanın tətbiqi ilə müəllim seçimi prosesində obyektivliyin artırılması, insan amilindən qaynaqlanan subyektivliyin minimuma endirilməsi, vaxt və resurslara qənaət edilməsi, həmçinin universitetin akademik potensialının daha da gücləndirilməsi hədəflənir. MDU Smart Faculty Selection Platform gələcəkdə akademik və inzibati vəzifələr üzrə müsabiqələrin təşkili, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi, karyera yüksəlişi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və digər insan resurslarının idarə olunması proseslərini də əhatə edən vahid rəqəmsal ekosistemə çevrilməsi istiqamətində inkişaf etdiriləcək. Bu təşəbbüs Mingəçevir Dövlət Universitetinin innovativ idarəetmə, rəqəmsallaşma və keyfiyyət təminatı sahəsində həyata keçirdiyi strateji islahatların mühüm tərkib hissəsidir və universitetin beynəlxalq ali təhsil məkanında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. MDU Smart Faculty Selection Platform-un əsas prinsipi belə ifadə olunur: "Məlumatlarla dəstəklənən seçim, insan tərəfindən verilən qərar." Bu yanaşma MDU-da müəllim seçiminin yalnız təqdim olunan sənədlərə deyil, müasir analitika, süni intellekt imkanları və akademik ekspertiza əsasında həyata keçirilməsini təmin etməklə, gələcəyin universitet idarəetmə modelinin formalaşdırılmasına xidmət edəcək.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ