Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusundakı şəxsi heyətin sayının 2 milyon 426 min 130 nəfərə çatdırılması barədə fərman imzalayıb.
Beləliklə, Rusiya ordusundakı şəxsi heyətin sayı 25 mini əsgər də daxil olmaqla ümumilikdə 27 min nəfər artıb.
Putin 2026-cı ilin iyun ayında imzaladığı fərmanla Rusiya ordusundakı şəxsi heyətin sayını 1 milyon 510 min əsgər də daxil olmaqla 2 milyon 399 min 130 nəfərə çatdırıb.
Ötən ilin sonunda Putin Ukraynadakı müharibədə 700 mindən çox əsgərin vuruşduğunu bildirmişdi. Rusiya ordusunda həmçinin Ukraynadakı müharibədə xidmət edən müqaviləli və könüllü əsgərlər də var.
Tahir TAĞIYEV