Atatürkün portretini ilk dəfə naturadan çəkən naxçıvanlı rəssam – İstanbulda Zəncirli məzarlığı...

img

Mən uzun illərdir ki, mədəniyyətimizin, təhsilimizin keşiyində dayanan, milli kimliyimizi dünyaya tanıdan və sevdirən insanları bacardığım qədər təbliğ etmək işiylə uğraşıram.

Azərbaycan məkanında çoxlarına tanış olmayan, lakin hələ sağlığında dünyaca şöhrət qazanmış İbrahim Safi adlı rəssam olub. Naxçıvan əsilli bu rəssam 1919-cu ildə ikinci vətən hesab etdiyi İstanbula köçüb və ömrünün sonuna qədər burada yaşayıb, elə son mənzili də İstanbulun Zəncirli məzarlığı olub. Bu böyük insan və rəssam haqqında saatlarla deyil, aylarla danışmaq olar. Atatürkü ilk dəfə naturadan çəkən rəssam da deyirlər İbrahim bəyə. Bir müddətdir rəssamın həyat və yaradıcılığı ilə bağlı tədqiqat aparıram. Əlimdə xeyli material var. Üç dəfə İstanbula səfər etmişəm. İbrahim Safi bəylə bağlı kitab və film çəkilişinə qərar verdik. Artıq kitab da, film də hazırdır. Filmin də, kitabın da adı eynidir - “Rəngləri danışdıran adam”. Kitab üç dildə - azərbaycan, türk və ingilis dilində verilib. Filmdə və kitabda Türkiyənin böyük sənət adamları, rəssamlar, İbrahim bəyi tanıyan, illərlə ünsiyyətdə olan insanlar münasibət bildirib.

Jalə CƏFƏROVA

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru

Son xəbərlər