şənbə günü, 15 avqust 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarı diz üstdən sinəyə qaldıran virtuoz musiqiçi - Sadıqcan...
Tarix: 26.11.2014 / 02:30
Bölmə: Mədəniyyət
Milli musiqi alətlərimizin hər birinin tarixi, yaranışı elə çağlara gedib çıxır ki, buna sadəcə heyrətlənirsən. Təbii, böyük xalqlar və qədim xalqlar zəngin musiqi irsinə sahib ola bilər. Muğam xalqımızın qədim dünyagörüşünün inikasıdır desək yanılmarıq. Muğamların da yaranmasında el bəstəkarları, virtuoz musiqiçilərin böyük rolu olub. Muğamın yaranışında və ifaçılığında xüsusi yerə malik olan tar insan ruhunun tərcümanıdır.
Azərbaycan xalqının çeşidli milli musiqi alətləri sırasında tarın öz yeri var. Əlbəttə, tar olmasaydı, milli alətlərimiz bir az zəif görünərdi. Yəni istənilən musiqi alətimizin yoxluğu hiss olunardı.
Bir neçə dəfə qeyd etmişəm, yenə də xatırlatmaq istəyirəm ki, tanınmış türkoloq, ədəbiyyatşünas Əjdər Fərzəli Qorqud kitablarından birində tarla bağlı maraqlı təsvir verib. Alim tarı insanın ağ ciyərlərinə-nəfəs orqanına bənzədirdi. Tar doğrudan da milli musiqi alətləri ailəsinin əlavə enerjiyə malik olan qiymətli bir üzvüdür.
Müasir Azərbaycan tarı çox təkmildir, böyük inkişaf yolu keçib, xalq və dünya musiqisinin tərənnümündə əsaslı rol oynayır.
Bilirik ki, indiki Azərbaycan tarı bizə görkəmli bəstəkar, musiqiçi, dahi tarzən Sadıqcandan yadigar qalıb. Tarda böyük islahatlar aparan Sadıqcan bununla xalqımız qarşısında böyük bir xidmət göstərib. Tarı diz üstdən sinəyə qaldıran, onu ürəyi başında çalan sənətkar olub Sadıqcan.
Sadıqcan dünyasına səyahət...
"Vikipediya" Açıq Ensiklopediyasında Mirzə Sadıqla bağlı o qədər də geniş olmayan məqalə yer alıb. Açıq Ensiklopediya yazır ki, Mirzə Sadıq (Sadıqcan) tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkardır. O, virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanıb. Tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstündə çalardılar) çalmağa başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmış və Azərbaycanın musiqi simvoluna çevrilib.
Mirzə Sadıq Əsəd oğlu (digər bir variantda Əsədulla) Sadıqcan 1846-cı ildə Şuşa şəhərində kasıb bir ailədə anadan olub. Bütün şuşalılar kimi Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. İş burasındadır ki, Məhərrəmlik təziyələri zamanı teatrlaşdırılan şəbih tamaşalarında iştirak edib və mərsiyələr oxumaq savab sayıldığından, evlərinə tanınan mərsiyəxan və xanəndələr dəvət edə bilməyən kasıb ailələrdə öz övladlarını uşaq yaşlarından oxumağa öyrədirdilər. Hətta bundan ötrü Şuşada məxsusi musiqi məclisləri və məktəblər də vardı. Demək olar ki, bütün tanınmış xanəndə və musiqiçilər də şagird götürüb öyrədirdilər. Həmin məclis və məktəblərdən çıxan məzunların bir çoxu sonralar bütün Şərqdə məşhurlaşıb, toylarda, konsertlərdə, el şənliklərində hörmət qazanıb.
Xarrat Qulu məktəbi...
Tarixi mənbələrin verdiyi məlumata görə, o vaxt Şuşada seçilib-sayılan müəllimlərdən biri də Xarrat Qulu Məhəmməd oğlu olub. O, Şərq musiqisini gözəl bilirdi, yaxşı yaddaşa malik idi, şeir yazır, musiqi bəstələyirdi, vokal sənətinin tədrisi üçün özünəməxsus effektli bir metodika yaradıb. Mirzə Sadığı da Xarrat Quluya şagird verirlər. On səkkiz yaşında səsini itirsə də, ustasının yanında qazandığı biliklər Mirzə Sadığın gələcək fəaliyyətində müstəsna rol oynayır. Bundan sonra o, tütək, ney, kamança və tar çalmağı öyrənir. Bunların hamısında öz gücünü sınayandan sonra tarın üzərində dayanır. Görkəmli Şuşa tarzəni Mirzə Əli Əsgərin rəhbərliyi altında bu alətdə çalğının bütün incəliklərinə yiyələnir. Firudin bəy Şuşinski onun haqqında yazır":İri əlləri, uzun və güclü barmaqları olan Sadıq tez bir zamanda bu sənəti tamam-kamal mənimsəyir və hətta ustalıqda müəllimini də keçir". Bəzən Sadıq çalanda Əsgər ah çəkib deyərmiş: "Allahın altında mənim var-dövlətim Sadıqda, onun barmaqları məndə olaydı".
Səsi qonşu diyarlara yayılan Sadıqcan...
"Vikipediya" yazır ki, Mirzə Sadıq Mirzə Əli Əsgərin ansamblında ikinci rolda olan kamança çalır. Lakin bir dəfə müəllimi xəstələnir və Sadıq tarda çalıb, öz fenomenal bacarığını nümayiş etdirmək imkanı tapır. Bu uğurdan ruhlanan Sadıq bundan sonra özünü bütövlükdə tara həsr edir və öz ustalığını get-gedə daha da artırır. Onun ifaçılıq texnikası bütün imkanların hüdudlarını aşırdı.
Mirzə Sadıq Şuşadakı məşhur ədəbi və musiqili məclislərin işində fəal iştirak edir. Onun məşhur musiqişünas Mir Möhsün Nəvvabın yaratdıqı "Məclisi-Fəramuşan" və "Məclisi-xanəndə"nin, habelə Xurşudbanu Natəvanın məclislərinin yığıncaqlarına daha tez-tez gəldiyi söylənir. Həmin yığıncaqlarda müğənni və musiqiçilər sınaqdan keçirilir, musiqi nəzəriyyəsinə dair problemlər müzakirə olunur, poetik əsərlərin ilk oxunuşları keçirilir, müsabiqə və yarışlar olurdu. Mirzə Sadıqın adı artıq qonşu ölkələrə də yayılırdı. Onu xalq arasında Sadıqcan çağırırdılar. Belə bir şərəf Mirzə Sadıqdan başqa bir də məşhur müğənni Əbdülbaqi Zülalova müyəssər olub. Belə ki, onu da Bülbülcan çağırıblar.
Nəsrəddin şahın oğlunun toyuna dəvət...
Tarixi mənbələrdə yazılır ki, Mirzə Sadıq əvvəlcə kamançaçalan Ata Bağdagül oğlu ilə birlikdə Şərqin böyük müğənnisi Hacı Hüsünü müşayiət edir, sonra isə şuşalı xanəndə Məşədi İsinin üçlüyünə keçir. 1880-ci ildə onu üçlüyün tərkibində Təbrizə-Nəsrəddin şahın oğlu Müzəffərəddin Qacar Mirzənin toy məclisinə dəvət edirlər. Toyda çox sənətkarlar çalıb-oxuyur. Lakin Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq, fəxri "Şiri-Xurşid" ordeni ilə təltif olunur. Təbrizdə ikən bir məşhur tarzən Sadıqcanı yarışa çağırır. Sadıq bir şərtlə razı olur ki, tarın qolundakı bütün göstəriciləri kəssinlər. Bunu görən rəqibi yarışdan imtina edir və onun sehrli barmaqlarından öpür.
Xatirələrin dili ilə...
Bakıdakı musiqi məclisinin rəhbəri Məşədi Məlik Mansurovun oğlu, tanınmış tarzən Məşədi Süleyman Mansurov öz xatirələrində yazır: "Mirzə Sadıq o dövrün ən məşhur tarzəni idi. Onun möcüzəvi çalğısı insanları ahənrüba kimi özünə cəlb edirdi. Təcrübəli virtuoz çox vaxt mizrabsız çalır, tarı çənəsinə sıxırdı. Sol əlinə ağırlıq düşməsin deyə, o, tarı mümkün qədər yuxarı qaldırırdı. Bəzən də coşaraq, tarı boynunun ardına qoyub çalırdı. Onun çalğısının səsinə quşlar də gəlirdi.
Musiqi həvəskarı Əbdülhəmid Babayev öz xatirələrində belə yazır: "Mən Sadıqcanı ilk dəfə 1897-ci ildə bizim Bakı qalasında gördüm. Bütün Qafqazda belə gözəl bir tarzən yox idi. Sadıq özü də gözəl görkəmli bir kişi idi: hündürboy, enlikürək, möhkəm bədəni vardı. Məclislərdə özünü təmkinli və nəcib aparırdı. Adamlar da ona çox böyük hörmət bəsləyirdilər. Onun sol əli o qədər güclü idi ki, Sadıqcan çox vaxt mizrabsız çalırdı". Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı çalır, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, bu ölkələrdəki musiqi məclislərində iştirak edirdi. Bir dəfə onu xanəndə Hacı Hüsünün üçlüyü ilə birlikdə Şamaxıya, Mahmud ağanın burada fəaliyyət göstərən məclisinə dəvət etmişdilər. Qonaqlar məclis üzvləri və şəhər ziyalıları tərəfindən böyük bir təntənə ilə qarşılandılar. Ancaq müəyyən səbəblər ucbatından Mirzə Sadıq tezliklə Şuşaya qayıtmalı olur.
Qafqazın birinci tarzəni...
Mənbələrə istinad edərək "Kafkazskoye obozreniye" qəzetinin yazdığını xatırlatmaq istəyirik: "Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib, Sadıqdan Şərq motivlərini mənimsəsəydi, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi".
"Vikipediya" tarixi mənbələrə istinadən bildirir ki, Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq ciddi-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır: "Onu nahaq yerə Mirzə Sadıq, yəni alim Sadıq adlandırmayıblar! Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verdi. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O, özünün virtuoz bacarığından istifadə edərək, ilk dəfə tarı sinəsinə qaldırdı. Mirzə Sadıq həmçinin tarın simlərini çoxaldaraq, onların yerləşməsini dəyişdi. Bundan başqa, o həm də tarın çanaq quruluşunu dəyişərək, onun möhkəmliyini artırmaqla alətin ümumi çəkisini azaltmış oldu. Sadıqcanın rekonstruksiyasına qədər tarın 5 simi vardı. O, simlərin sayını on birə çatdırdı, artıq tonları götürüb, tarda cəmisi 17 ton saxladı. Musiqiçilər bundan sonra yeniləşmiş tarı "möcüzə", Sadıqcanı isə "tarın atası" adlandırmağa başladılar. Sənətkarın gətirdiyi yeniliklər tar ifaçılığı mədəniyyətini daha yüksək səviyyəyə qaldırdı, onun səslənməsini daha şirin və parlaq etdi".
Mənbələr yazır ki, Mirzə Sadıq həm də istedadlı bir bəstəkar idi. O, "Orta Segah" və "Bayatı Şiraz" muğamlarına bir neçə rəng bəstələyib. Bu və digər muğamların tərkibinə daxil olan musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Mirzə Sadıq həm də 1897-ci ildə Şuşada dini "şəbeh" üslubunda musiqili "Leyli və Məcnun" tamaşasının qoyulmasında yaxından iştirak edib. Sonralar Üzeyir Hacıbəyovun da yazdığı kimi, həmin tamaşanın da "şəbeh"lər kimi dünyada bənzəri olmayan Azərbaycan muğam operasının yaranmasında əhəmiyyəti olub. Elə buradaca qeyd olunmalıdır ki, XVII-XVIII əsrlərdə Azərbaycanda olan Avropa səyyahları xan saraylarında belə tamaşaları gördükdən sonra onların öz kompozisiya və quruluşu etibarilə Avropa operalarına bənzədiyini göstərib.
Əfrasiyab Bədəlbəylinin xatirələri...
Böyük musiqiçi və bəstəkarlar qeyd ediblər ki, Sadıqcanın Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Əfrasiyab Bədəlbəyli bu barədə yazıb: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq, Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxıb. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açıb".
Sadıqcan 1901-ci ildə Şuşada təşkil olunan Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa edir. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişir.
Qeyd edək ki, Azərbaycan tarının atası Sadıqcanın yaradıcılığının ən cəfakeş tədqiqatçısı Firudin bəy Şuşinski olub. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin ən zəngin qollarından olan muğamlara möhtəşəm qayğı və diqqətlə yanaşması cəmiyyətdə böyük məmnunluqla qarşılanır. Yaradıcı təşkilatlar, gənclər birlikləri, muzey və arxivlər, kütləvi informasiya vasitələri bu istiqamətdə mühüm layihələr reallaşdırır. Azərbaycan musiqi tarixinin öyrənilməsində əvəzsiz xidmətləri olmuş əməkdar incəsənət xadimi, tədqiqatçı, musiqişünas mərhum Firudin Şuşinskinin Sadıqcan haqqında topladığı materialların kitab şəklində ərsəyə gəlməsi də həmin layihələrdən biridir.
Nazirlər Kabineti yanında Baş Arxivlər İdarəsi kollektivinin təşəbbüsü ilə çap edilən bu kitab bir neçə cəhətdən əhəmiyyətlidir. Əvvəla oxucular bu kitab vasitəsilə XIX əsrin ikinci yarısında "Azərbaycan tarının atası" kimi şöhrət qazanan Sadıq Əsədulla oğlunun həyat və yaradıcılığı ilə, tarın quruluşuna və ifasına gətirdiyi yeniliklərlə tanış ola bilir. İkincisi, milli musiqi sənətimizin yorulmaz tədqiqatçılarından olan Firudin Şuşinskinin böyük zəhmət və axtarışlar nəticəsində topladığı qiymətli materialların kitab şəklində hazırlanması bir qədirbilənlik nümunəsi kimi qiymətləndirilir. Üçüncüsü, adıçəkilən kollektiv dövlətin və Heydər Əliyev Fondunun muğama göstərdiyi qayğıya özünəməxsus şəkildə töhfə ilə cavab verir.
Baş Arxivlər İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayevin elmi məsləhəti, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun redaktəsi ilə hazırlanan kitabda xalq musiqimizin yorulmaz tədqiqatçısı olmuş Firudin Şuşinski haqqında əhatəli məlumat verilməklə yanaşı, onun qələmə aldığı "Azərbaycan tarının atası", "Sadıqcanın şagirdləri", "Tarın sabahını düşünərkən" adlı qiymətli materiallar toplanıb. Kitabı nəşrə Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Kənan Aslan hazırlayıb. Kitab 2008-ci ildə işıq üzü görüb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix -
Troya
Tarix: 13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı
Tarix: 13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası
- Təşkilatçılar qərar verdi...
Tarix: 13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq
Tarix: 11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən:
Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır
Tarix: 10.08.2026 / 12:48
Yunus Oğuz
– Tarixi romanın müasir nəfəsi
Tarix: 09.08.2026 / 11:50
50 illik yubileyidir, yoxsa bu da yeni zarafatıdır...
Tarix: 07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi -
Kadıkalesi
Tarix: 06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...
Tarix: 05.08.2026 / 20:10
Rayon teatrlarında direktorlar və müavinlər seçilir, ya təyin edilir...
Tarix: 05.08.2026 / 14:15
Musiqi terapevti soydaşımızdan Türkiyədə unudulmaz sənət gecəsi...
Tarix: 04.08.2026 / 20:47
Xarici sərmayiçilər kinomuza 12 milyon dolları necə yatırıb?...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...
Tarix: 13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...
Tarix: 13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...
SON XƏBƏRLƏR
15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…
15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi
15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı
15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…
15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı -
“Milli zəmində düşmənçilik çağırışı…”
15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır -
dronlar üzündən…
15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi
15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj -
“AB onu lağa qoyur…”
15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı -
“siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”
15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir -
sərt ritorika da öz yerində…
15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır:
“ Gəmiləri hədəf alacağıq”…
15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək -
müharibə bitdikdən sonra…
15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda -
27 dəqiqəyə 5 dollarlıq yanacaq…
14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj
- S-400-dən qurtulmadan F-35 olmayacaq…
14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır
- Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...
14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...
14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...
14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi
– rəqəmlər açıqlandı…
14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...
14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...
14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…
14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır
- BƏƏ-nin iki tankeri vuruldu…
14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...
14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...
14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi
14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq -
müxalifət TRİPP-i radikal hədəfə aldı...
14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir -
Trampla İranın söz davası qızışır...
14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...
14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu
14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir -
ya çox yeyirik, ya qazanc azdır...
14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır...
Plan...
14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur -
səfirdən sensasiya...
14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...
14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...
14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi
- Şübhəli mesajlara inanmayın!
14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir -
2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...
14.08.2026 / 14:15
Xorvatiya alovlar içində
- dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…
14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix -
Troya
14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq
- İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…
14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı
14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi
14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…
14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...
14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb"
- Baş Prokurorluq
14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı
14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama
- İranla müharibə məqsədlərinə çatmadı…
14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı
– silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…
14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır
14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu
14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi
14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı
14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır -
mövzu Kurildir
14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib -
The Washington Post
14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır
14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb -
ölənlər var…
13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi
13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı -
Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı
13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi -
Norveçdə…
13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı
13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları
13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı
- Ekspertlər şübhə ilə baxır...
13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi
- Onda qışdan sağ çıxarıq...
13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi
- Metsamor Atom stansiyası mütləq bağlanacaq...
13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...
13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...
13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı -
beynəlxalq reytinqçilər inamsız yanaşır...
13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı
13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi
- heç bir razılıq yoxdur...
13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...
13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası
- Təşkilatçılar qərar verdi...
13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı
13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi
– buna son qoyun...
13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi
- "axmaqlar"…
13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı...
- VİDEO
13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı
13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır
13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır
13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...
13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb
13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi...
- YENİLƏNDİ
13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır
Populyar xəbərlər
Tarix: 05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...
Tarix: 29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir...
Bəlkə məqsəd elə budur...
Tarix: 07.08.2026 / 22:55
SDU rektorundan Sumqayıtlı abituriyentlərə çağırış
Tarix: 17.07.2026 / 17:23
MDU “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Tarix: 08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
XƏBƏR ARXİVİ