Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiya Baş naziri Sanae Takaiçinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərini qəbuledilməz adlandıran və ərazinin Yaponiyaya məxsus olduğunu təkrarlayan açıqlamasına münasibət bildirib. Zaxarova vurğulayıb ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub. Onun sözlərinə görə, müvafiq qərarlar Müttəfiq dövlətlər arasında bağlanmış müqavilələrdə və BMT Nizamnaməsində təsbit olunub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Rusiyanın suverenliyi və onlar üzərində yurisdiksiyası şübhəsizdir". Yaponiya öz növbəsində İturup, Kunaşir, Şikotan və Habomai adalarını özünün "şimal əraziləri" hesab edir. Bu adalar üzərində ərazi mübahisəsi Moskva ilə Tokio arasında sülh müqaviləsinin bağlanmasına əsas maneələrdən biri olaraq qalır.
SAMİRƏ