“Avroviziya” mahnı müsabiqəsinin rəsmi təşkilat komitəsi müharibə aparan ölkələrin müsabiqəyə ev sahibliyi etməsini qadağan edib.
“Euronews” xəbər verir ki, “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları silahlı münaqişədə iştirak edən hər hansı bir ölkənin müsabiqəyə ev sahibliyi etməsini qadağan edən qayda dəyişikliyi elan ediblər.
Yeni qaydalara görə, "silahlı münaqişə, mürəkkəb geosiyasi vəziyyət və ya hər hansı digər vəziyyət öz dövlətinin və ya ətraf bölgənin təhlükəsizliyinə, təhlükəsizliyinə və ya sabitliyinə əhəmiyyətli dərəcədə təsir edərsə, qalib yayımçı avtomatik olaraq müsabiqəyə ev sahibliyi etmək hüququnu itirəcək".
Bəyanatda heç bir ölkənin adı çəkilməsə də, amma İsrail 2025 və 2026-cı illərdə qalib gəlməyə yaxın olub və hər iki dəfə də ikinci yeri tutub.
Beş ölkə - İspaniya, İrlandiya, Hollandiya, Sloveniya və İslandiya 2026-cı ildə Vyanada keçiriləcək müsabiqəni boykot etdiyini bəyan edib.
Qeyd edək ki, bu, müsabiqənin tarixində ilk hadisədir.
O ölkələr bəyan ediblər ki, İsrailin Qəzzada 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra başlayan müharibəsi səbəbindən onunla eyni yarışda iştirak edə bilməyəcəklər.
İRADƏ