İYİ Partiyadan 24 saat ərzində iki millət vəkilinin istefası partiya lideri Müsavat Dərvişoğlunu qəzəbləndirib. Sosial mediada açıqlama verən Dervişoğlu, "Bu, ilk dəfə deyil əskilirik... İlk dəfə deyil bölünürük... İlk dəfə deyil xəyanətə uğrayırıq... Göndərdiyiniz qartalların ətimizdən qopardığı ət nə bizə zərər verəcək, nə də bizi məhv edəcək. Bu siyasi şərəfsizlik bataqlığında siz boğulacaqsınız, biz yox!..." deyib. Qeyd edək ki, AK Partiyaya qoşulacağı iddiaları ilə bağlı son zamanlar xəbərlərdə yer alan İYİ Partiyasının Qaziantep millət vəkili Mehmet Mustafa Gürban dünən partiyadan istefa verib. Bu istefanın şoku aradan qalxmamış İYİ Partiyasının Aydından olan millət vəkili Ömər Karakaş da partiyadan istefa verib. Ömər Karakaş açıqlamasında "Zəruri hesab etdiyim səbəblərə görə qurduğum və millət vəkili olduğum İYİ Partiyasından istefa verirəm" deyib. Karakaşın istefasından sonra onun da AK Partiyaya qoşulacağı iddia edilib.
SAMİRƏ