Türkiyənin Muğla şəhərində göyərtəsində 115 nəfərin olduğu gəmidə yanğın baş verib.
Yerli medianın verdiyi məlumata görə, dəniz turu təşkil edən “İmparator Atila” adlı motorlu qayıqda Katrancı körfəzi yaxınlığında hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb və turistlər panikaya düşərək suya tullanıblar.
Sahil Mühafizə, Sahil Təhlükəsizliyi Baş İdarəsi və dəniz polisi qrupları dərhal hadisə yerinə gediblər və insanları təxliyə ediblər.
Tahir TAĞIYEV