Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə cari məsələlərlə bağlı açıqlamalar verib.
Aİ-nin Rusiya ticarət gəmilərini yoxlamaq qərarına münasibət bildirən Lavrov bildirib ki, Brüssel Rusiyanın qlobal bazarlarda gəlir əldə etmək qabiliyyətini məhdudlaşdırmağa çalışır.
“AB qaydalarına uyğun olmayan bütün gəmilər “kölgə donanması” elan edilir. Bu, çox təhlükəli bir yoldur, çünki onlar (avropalılar) qərarlarının beynəlxalq hüquqdan üstün olduğunu iddia edirlər. Onlar gəmilərin dayandırılmasına, yüklərinin müsadirə edilməsinə və satılmasına, gəlirlərinin isə Ukraynaya nasist rejimini gücləndirmək üçün verilməsinə imkan yaradırlar”.
Rusiya Prezidenti Vladimir Putinin buna “layiqli” cavab veriləcəyini bildirməsinə diqqət çəkən Lavrov “Hədəfləri özümüz müəyyən edəcəyik. Soyğunçuluq və piratçılığı rəsmi siyasət elan edən ölkələrin maraqları naminə fəaliyyət göstərən gəmilər hədəfə alınacaq”- deyib.
SAMİRƏ