Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

Image


Məlum həqiqətdir ki, Cənubi Qafqazda uzun illər davam edən siyasi qarşıdurmalar enerji sahəsində əməkdaşlığın imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması isə bu vəziyyəti dəyişə biləcək əsas amillərdən biridir. Enerji təhlükəsizliyi baxımından Azərbaycan Ermənistan üçün yalnız potensial enerji təchizatçısı deyil, həm də regional enerji sistemlərinə çıxışı genişləndirən tərəfdaş rolunu oynaya bilər.

Ermənistanın enerji sistemi uzun müddət məhdud sayda xarici mənbədən asılı olub. Ölkə təbii qazı əsasən Rusiya və İran istiqamətlərindən əldə edir. İranla qaz-elektrik mübadiləsi də enerji balansında mühüm yer tutur. Ermənistanın Azərbaycan və Türkiyə ilə mövcud enerji bağlantıları hazırda siyasi səbəblərdən aktiv deyil. Eyni zamanda, ölkənin elektrik sistemində regional inteqrasiyanın genişləndirilməsi enerji təchizatının etibarlılığını artırmaq üçün əsas prioritetlərdən biri hesab olunur. Bu baxımdan Azərbaycanın mümkün rolu ilk növbədə elektrik enerjisi sahəsində özünü göstərə bilər. Azərbaycan son illərdə enerji istehsalını şaxələndirməyə, bərpaolunan enerji mənbələrinin payını artırmağa və regional elektrik interkonnektorlarının inkişafına böyük diqqət yetirir. Azərbaycanın Energetika Nazirliyi 2035-ci ilə qədər ölkədə 8 QVt bərpa olunan enerji gücünün yaradılmasının planlaşdırıldığını və Türkiyə, Naxçıvan və Ermənistan istiqamətində elektrik ötürmə layihələrinin regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirir. İndi bütün bunlardan Ermənistanın da yararlanması mümkündür. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində prezident İlham Əliyev maraqlı nüanslara toxunub. Dövlət başçısı bildirib ki, ölkəmiz Zəngəzur dəhlizi ideyasını və təşəbbüsünü irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu: “Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir”. Bununla yanaşı, prezident qeyd edib ki, Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır: “Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər. Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerji sisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər. Amma Ermənistan, təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarında iki ölkənin enerji sistemlərinin inteqrasiyası və elektrik ticarətinin mümkünlüyü qeyd olunub. Belə bir mexanizm Ermənistanın enerji çatışmazlığı zamanı Azərbaycandan elektrik idxal etməsinə, əksinə, istehsal artıqlığı yarandıqda elektrik ixrac etməsinə imkan verər. Bu, enerji sistemlərinin daha çevik işləməsinə və ehtiyat güclərindən daha səmərəli istifadəyə şərait yaradardı. Daha əvvəl hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan parlament üzvü Sarkis Xandanyan gələcək TRIPP-dən keçən qaz kəmərinin Ermənistan üçün yeni qaz mənbəyinə çevrilə biləcəyini bildirmişdi. O, Rusiya qazının qiymətinin yenidən baxılması məsələsi ortaya çıxarsa, Ermənistanın bu məsələni rusiyalı tərəfdaşları ilə dostcasına müzakirə edəcəyini bildirmişdi. Bununla belə, o, bu baxımdan şaxələndirmənin vacib olduğuna inanır. O, həmçinin Azərbaycandan Ermənistana birbaşa qaz tədarükü ehtimalını da istisna etməyib. Ermənistan parlamentinin hakim fraksiyadan olan üzvü Arman Yeqoyan elektrik enerjisi sahəsində regional əməkdaşlığı tamamilə mümkün ssenari kimi görür. Yeqoyan həmçinin İlham Əliyevin Azərbaycan mütəxəssislərinin Ermənistan ərazisində təhlil apardığı və TRIPP çərçivəsində elektrik ötürücü xətlərinin dayaqlarının quraşdırıla biləcəyi yerləri müəyyən etdiyi barədə verdiyi açıqlamaya da toxunub. Onun sözlərinə görə, regional kommunikasiyaların bloklanmasında iştirak edən tərəflərin, landşaft tədqiqatı da daxil olmaqla, birgə, hərtərəfli texniki iş aparmalı olduğunu başa düşmək vacibdir. Mütəxəssislərin birlikdə işləməsi tamamilə normaldır. Hazırda Azərbaycanın mümkün rolu təbii qaz sahəsindədir. Azərbaycanın böyük qaz ehtiyatları və Cənub Qaz Dəhlizi vasitəsilə formalaşdırdığı ixrac infrastrukturu ölkəni regional enerji bazarında mühüm aktora çevirib. Ermənistanın enerji təhlükəsizliyi baxımından qaz təchizatının mənbələrinin şaxələndirilməsi əhəmiyyətlidir. Beynəlxalq Enerji Agentliyi Ermənistanın qaz şəbəkəsində Azərbaycanla mövcud, lakin hazırda işləməyən bağlantının olduğunu qeyd edir. Əgər siyasi və texniki şərtlər gələcəkdə buna imkan versə, həmin infrastruktura əsaslanan qaz ticarəti Ermənistan üçün əlavə alternativ yarada bilər. Lakin Azərbaycanın rolu yalnız enerji ixracı ilə məhdudlaşmır. Daha perspektivli model regional enerji bazarının formalaşdırılmasıdır. Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin daha sıx əlaqələndirilməsi müxtəlif ölkələrdə istehsal olunan enerjinin ehtiyac yaranan bazarlara ötürülməsinə imkan verə bilər. Xüsusilə Günəş və külək enerjisinin istehsalının artması belə inteqrasiyanı daha vacib edir. Azərbaycan artıq yaşıl enerji dəhlizlərinin yaradılmasını və elektrik ixrac imkanlarının genişləndirilməsini strateji istiqamət kimi müəyyənləşdirib. Ermənistan üçün Azərbaycanla enerji əməkdaşlığının digər üstünlüyü enerji mənbələrinin diversifikasiyası ola bilər. Enerji təhlükəsizliyi yalnız kifayət qədər enerji istehsal etmək deyil, həm də bir mənbədən və ya bir marşrutdan həddindən artıq asılılığın qarşısını almaq deməkdir. Azərbaycanla bağlantının yaradılması Ermənistanın Rusiya və İran istiqamətlərindən asılılığını tamamilə aradan qaldırmasa da, alternativlərin sayını artırar. Bu isə böhran və ya texniki qəza zamanı enerji sisteminin dayanıqlığını yüksəldir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ