ABŞ Prezidenti Donald Tramp İranla müharibə bitdikdən sonra Hörmüz boğazını ABŞ ərazisi etmək planlarını açıqlayıb. Bu barədə NBC News-in xəbərində deyilir. Kanalın məlumatına görə, o, bu açıqlamanı Nyu-Yorkun Lonq Aylend şəhərində keçirilən mitinqdə çıxışı zamanı verib. "Çox ciddi məğlubiyyətə uğrayan İranı məğlub etdikdən sonra, çox tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm", - deyə prezident toplaşan hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib. "Əsasən plan budur. Biz dəniz blokadas qurmuşuq. Biz istəməsək, heç bir gəmi boğazdan keçmir." The New York Times qəzetinin məlumatına görə, Tramp qeyd edib ki, ABŞ-da yüksək qaz qiymətləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq ehtiyacı ilə müqayisədə ödəniləcək kiçik bir qiymətdir. Qəzet onun sözlərini sitat gətirir: "Bir az daha çox — 4 dollar — ödəmək problem deyil. Heç vaxt üzr istəməyəcəyəm. Mən düzgün olanı etdim".
SAMİRƏ