Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

Image


Məhərrəm Zülfüqarlı: “Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdiyi və suverenliyimiz bərqərar olduğu üçün artıq bu ordenin təqdim olunmasının vaxtı çatıb”

Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi, qüdrətli sərkərdə və şair Şah İsmayıl Xətainin xalqımızın qürur yeridir. “Şah İsmayıl” ordeninin təsis olunması da bu böyük şəxsiyyətə duyduğumuz sevginin təzahürüdür. Azərbaycan Respublikasının ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni 33 il bundan əvvəl təsis olunsa da, o yeganə dövlət ordenidir ki, onunla heç kim təltif edilməyib.

Yeri gəlmişkən, bu ordenin hələ öz sahibini tapmaması məsələsi uzun illərdir müzakirə olunur. Əsasən belə fikirlər olub ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər də bu orden heç kəsə verilməyəcək.

Artıq 6 ildir ki, torpaqlarımızın ərazi bütövlüyü bərpa olunub, torpaqlarımız üzərində suverenliyimizi bərqərar etmişik. Bunun nəticəsidir ki, “Şah İsmayıl” ordeni ilə bağlı məsələ yenidən gündəmə gəlib.

“Şah İsmayıl” ordeni 1993-cü ildə Azərbaycanın o zamankı prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilib. Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu prezident Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli fərmanı ilə təsdiqlənib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib.

Bir sözlə, 1993-cü ildə “Şah İsmayıl” ordeni Əbülfəz Elçibəyin dövründə yaranıb və Heydər Əliyevin dövründə tamamlanıb. Ekspertlər ümid edir ki, ərazi bütövlüyümüz bərpa olunduğu üçün bu orden də ona layiq olanlara təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.

"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

görkəmli sərkərdəlik fəaliyyətinə görə;

respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

"Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.

Ordenin təsviri:

Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeni biri digərinin idarə etdiyi yerləşdirilmiş, biri digərinə ox ətrafında dönmüş ikisəkkizquşəli ulduzdan fəaliyyət göstərir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.

Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca "Şah İsmayıl" sözləri yazılmışdır.

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;

paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;

paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.

Qeyd edək ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir.

“Şah İsmayıl” (Xətai) ordeni indiyə qədər niyə öz sahibini tapmayıb? Nə üçün bu orden bu 33 ildə heç kəsə verilməyib?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, “Şah İsmayıl” ordeni AXC hakimiyyəti dövründə 1992-ci ilin dekabrında (M.Zülfüqarlının fikirlərinin əksinə olaraq, açıq mənbələrdə bu ordenin təsis edildiyi tarix kimi 1993-cü il göstərilib-İ.S) təsis olunub. “ Bildirim ki, “Şah İsmayıl” Ordeni 1992-ci ilin 10 noyabrında (Təsis 10 noyabr 1992-ci il, Fərmanın nömrəsi 370) prezident Əbülfəz Elçinəyin fərmanı ilə təsis olunub. Heydər Əliyevin 6 dekabr 1993 cü il fərmanı ilə ordenin ststunu bə təsviri təsdiq edilib. İkı prezidentin dövründə ordenlə bağlı iki fərman var. Ordenin statunu və təsviri Heydər Əliyevin fərmanı ilə təsdiq edilib. Əbülfəz Elçibəyin dövründə təsis edilsə də statusunu və təsvirini hazırlayıb təsdiq edilməsinə vaxt çatmadı. S.Hüseyovun qiyamı ilə hakimiyyət dəyişikliyi imkan vermədi.

2014-cü ildə beynəlxalq konfransda iştirak edərkən bildirdim ki, Azərbaycanda “Şah İsmayıl” orden təsis olunub, Bakıda abidəsi, adına Bakıda metro stansiyası və rayon var. Azərbaycan dövlətçiliyini bu şəkildə beynəlxalq konfransda təqdim etmişdim. Yəni Şah İsmayıla münasibətimizi bildirmişdim. Amma sual olunur, “Şah İsmayıl” ordeni təsis edilibsə bəs nə üçün indiyə qədər təqdim olunmayıb? Bunun bir neçə səbəbi var? Onlardan biri budur ki, 1993-cü ildə hakimiyyətin daxilində çoxlu sayda Rusiyapərəst qüvvələr vardı. Başda da qiyamçı polkovnik Surət Hüseynovu qeyd etmək olar. Bir hakimiyyətdə ki, Rusiyanın dəstəyi ilə qiyam qaldırmış ruspərəst baş nazir var idisə sözsüz, Şah İsmayıl Xətaiyə də münasibət mənfi olmalı idi. Bu kadrlar çox idi. 1995-ci ildə keçirilən yeni parlament seçkilərinə qədər parlamentdə oturanların mütləq əksəriyyəti Sovet dövründə seçilən, milli qüvvələrə, o cümlədən Şah İsmayıl Xətaiyə mənfi münasibəti olan şəxslər idi. Buna görə də bu orden verilmədi. Ona görə də o dövrdə bu orden heç kəsə verilmədi. Ordenin verilməsi üçün təqdimat olmalıdır. Bu ordeni təqdim etməyə məsul olan səlahiyyətli şəxslərdə milli hisslər olmadığı səbəbindən bu orden təqdim olunmamış qaldı.

90-cı illərdə Azərbaycan tarixinin tədrisi ilə bağlı bir nəfərlə mübahisə etmişdim. Həyat yoldaşı rus olan, iliyinə, qanına qədər keçmiş rejiminə bağlı bir adam idi. 1988-ci ildə Azərbaycan tarixi yeni tədris olunanda onu təsdris etməyi mən götürdüm. Gördü ki, bu fənnə maraq var həmin şəxs dedi ki, mən də Azərbaycan tarixini tədris edəcəyəm. Soruşanda ki, necə tədris edəcəksən? Dedi ki, oxuyacağam. Cavab verdim ki, Azərbaycan tarixini tədris etmək üçün ürəyin bu xalqla bağlı olmalıdır, sən bu xalqa bağlı deyilsənsə onun tarixini tədris edə bilməzsən. Bu fikir bəzi milli hisslərdən uzaq məmurlara da aiddir. Hərbidə olan yüksək çinli şəxsin, yaxud bir məmurun ürəyi bu xalqa bağlı deyilsə onda “Şah İsmayıl” ordeninə də mənfi münasibət bəsləyəcək. Həmin proses getdi, sonra da yaddan çıxıb qaldı.

Şah İsmayıl Xətaiyə qarşı hücumlar başlayandan sonra “Şah İsmayıl” ordeni yenidən gündəmə gəlib. İndi hücuma keçən şəxsləri də səlahiyyətli şəxslər sırasına qəbul etsək ki, əlbəttə, onlar heç vaxt bu ordenə təqdimatı verməzlər. “Şah İsmayıl” ordeninə təqdimat verən şəxsdə ilk növbədə milli hiss, dövlətçiliyə bağlılıq güclü olmalıdır, Şah İsmayıla sevgi bəsləməlidir ki, bizim zabitləri, hərbiçiləri o ordenə təqdim etsin.

Ordenin ilk dəfə olaraq qalib dövlətin Ali Baş Komandanına təqdim edilməsi daha düzgün və məntiqli olar”.

M.Zülfüqarlının sözlərinə görə, Şah İsmayılla bağlı müzakirlərdən görsənir ki, hələ də Azərbaycanda bu məsələyə münasibətdə düşmən fikirlər qalmaqdadır. “Bu da həmin ordenin təqdim olunmamasına gətirib çıxarır. Gələcəkdə dövlətimiz daha da qüdrətləndikcə, qalib dövlətimizin ordusu gücləndikcə “Şah İsmayıl” ordenin verilməsinin şahidi olacağıq. Bu ordenin verilməməsinin səbəblərindən biri də ərazi bütövlüyümüzün bərpa edilməməsi ilə bağlı idi. Yəni biz 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər məğlub dövlətin vətəndaşları idik. Amma indi qürur hissi ilə deyirik ki, biz qalib dövlətin vətəndaşlarıyıq. Qalib dövlətin hərbiçilərinə, zabitlərinə “Şah İsmayıl” ordeni verilməsi yaraşır. Yəqin ki, biz bu ordenin təqdimatının şahidi olacağıq. Yəni Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdiyi və suverenliyimiz bərqərar olduğu üçün artıq bu ordenin təqdim olunmasının vaxtı çatıb”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ