çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Image


Abutalıb Səmədov: “Hesab edirəm ki, bu sazişin bütün bölgəni əhatə etmək ehtimalı yoxdur”

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə sazişi" (və ya Məkkə Birgə Müdafiə Sazişi) imzalanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sharkul Awsat” qəzetinə müsahibəsində deyib ki, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş müdafiə hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəni hədəf almır. “Əksinə, saziş bölgəmizdə sülhü, rifahı və sabitliyi təmin etməyi qarşısına məqsəd qoyan bütün qardaş ölkələrin qoşulmasına açıqdır.

Nəticə etibarilə, bizim baxışımız üç ölkə ilə məhdudlaşmır. Məqsədimiz bu təşəbbüsü daha da genişləndirmək və mümkün olduğu təqdirdə, bir gün regiondakı bütün ölkələrin bu çətir altında birləşməsini təmin etməkdir. Bu, bölgəyə davamlı sabitlik gətirəcək ən mühüm addım olacaq”, - Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə uzun müddətdir bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün aidiyyəti ölkələrin müntəzəm məsləhətləşmələr aparmasının vacibliyini bildirir və siyasətini də buna uyğun qurur:

“Çünki regional problemlərin həllində kənardan tətbiq edilən reseptlərin hansı fəlakətlərə gətirib çıxardığını bilirik. Bu səbəbdən Türkiyə olaraq hər zaman region ölkələrinin öz iradəsini və ortaq düşüncəsini həlledici amilə çevirmək istiqamətində siyasət yürüdürük. Ona görə də Məkkədə yaradılan üçtərəfli mexanizmi gündəlik hadisələrə verilmiş ani reaksiya kimi qiymətləndirə bilmərik. Atdığımız addım dəyişən regional şəraitə cavab olaraq ortaya qoyulmuş strateji iradədir.

Türkiyə olaraq hər zaman gərginliyin deyil, diplomatiyanın, qarşıdurmanın deyil, dialoqun, parçalanmanın deyil, regional əməkdaşlığın güclənməsinin tərəfdarı olmuşuq. Biz bütün tərəflərlə danışa bilən, lazım gəldikdə çətin məsələlərdə məsuliyyət daşımağı bacaran bir ölkə olaraq, regionumuzda davamlı sülh və sabitliyin bərqərar olması üçün üzərimizə düşəni etməyə davam edəcəyik”.

Türkiyə lideri əlavə edib ki, Məkkə paktı heç bir ölkəyə qarşı yönəlməyib və bunun Bəsrə körfəzi regionunda təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə inanır.

Ərdoğan “Məkkə sazişi”ndən danışarkən deyib ki, məqsəd bu hər hansı bir ölkəyə qarşı çevrilməyib, gələcəkdə region ölkələrini bu sazişə cəlb etməkdir.

Nə dərəcədə ehtimal etmək olar ki, regionun bütün ölkələri bu sazişə qoşulacaq? Region ölkələri Azərbaycandır, Körfəz ölkələridir, Suriya, İordaniya, Mərkəzi Asiya ölkələridir. Bunlar “Məkkə Sazişi”nə qoşula bilərlərmi?

Regionun bütün ölkələtinim “Məkkə sazişi”nə qoşulmaq ehtimalının şübhəli olduğunu düşünənlər, bunun mümkün olmayacağını deyənlər də var. Ümumiyyətlə, bu şübhələr nə dərəcədə haqlıdır?

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, “Məkkə sazişi” barədə danışıqlar 2 il 8 ay davam erdib. “O danışıqlarda son nəticədə o sazişi imzalayan ölkələrdən başqa Misir də iştirak edib. Ancaq imzalamyıb. Türkiyənin xarici işlər naziri bunu texniki məsələ adlandırıb və deyib ki, yəqin yaxın vaxtlarda Misir bu sazişə qoşulacaq. Mətbuatın yazdığına görə, Misir qoşulmayıb, ona görə ki, bunu müdafiəsazişi yox, siyasi sənəd hesab edir. “Məkkə sazişi”nin, bu “Üçlər bloku”nun perspektivi varmı? Düşünürəm ki, yaxın illərdə bu blokun bütün regionu əhatə etməsi ehtimalı o qədər də yüksək deyil. Baxmayaraq ki, NATO-nun 5-ci maddəsi burada yazılıb. Sənəd dərc olunmayıb, yalnız mətbuat üçün məlumat verilib. Bir neçə mühüm məqam açıqlanıb. Birinicisi, NATO-nun 5-ci maddəsi qeyd olunub. Yəni bir ölkəyə hücum üç ölkəyə hücum sayılacaq. İkincisi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, birgə təlimlər keçirmək və sair vurğulanıb. “Bu müdafiə blokudur” deyilir. Ancaq konkret bir ölkəyə qarşı yaradılmayıb. Məlumdur ki, NATO yarananda Sovetlər İttifaqını, sonra da “Varşava” müqaviləsini əsas rəqibi kimi göstərdi, o təhlükədən özünü qorumaq üçün yarandığını dedi. Son illərdə də Rusiya əsas təhlükə kimi göstərilir. Amma burada təhlükə göstərilməyib. Halbuki, təhlükə olmasa blok yradılmaz. Deməli hansısa təhlükələrə qarşı bu blok yaradılıb. Pakistan və Türkiyə tamamilə fərqli durumda olan ölkələrdir. Səudiyyə Ərəbistanı İran və onun proksi gücləri tərəfindən hücuma məruz qalan ölkədir. Pakistanla Səudiyyə Ərəbistanı arasında keçən il müdafiə sazişi imzalanıb. İndi belə bəyanatlar var ki, guya İran da ora daxil ola bilər. Ərdoğanın bəyanatından da belə bir nəticə çıxır. Əgər İran bura daxil ola bilərsə özlərini kimdən qorumaq istəyirlər? Bəlkə gələcəkdə kimsə İsrailin də ora daxil olmaq ehtimalından danışa bilər. Onda o blokun yaranmasına nə ehtiyac var? Çoxlu suallar var. Katiblik Səudiyyə Ərəbistanında yerləşəcək. Uzun illər NATO üzvü olan və bu sahədə təcrübəyə malik Türkiyədə yox, Səudiyyə Ərəbistanında. Üç ölkənin ortaq dili yoxdur. Bu ortaq blok üçün çox vacibdir. Məlumdur ki, NATO-da ortaq dil, ortaq komandanlıq var. Bu da nə vaxt yaranar, bu da başqa bir məsələdir. Hələ radifikasiya da olunmayıb. Problemlər həddindən artıq çoxdur. Sözün düzü, bu blokun gələcəyi və Ərdoğanın istədiyi şəkildə böyümək ehtimalı o qədər də böyük deyil”.

A.Səmədovun sözlərinə görə, yəqin bu istiqamətdə Azərbaycanla da danışıqlar aparılıb. A.Səmədov hesab edir ki, yaxın illərdə Azərbaycanın bu hərbi bloka daxil olmaq ehtimalı yoxdur. “Mərkəzi Asiya ölkələrindən isə heç danışmağa da dəyməz. Onlar KTMT-nin üzvüdürlər və yaxın illərdə yəqin ki, bu hərbi blokdan çıxmayacaqlar. Bir sözlə, bu blokun hətta üç, yaxud dörd ölkə ilə səmərəli (ehtimal var ki, Misir qoşulmasa da, yaxın zamanlarda Qətərin bu bloka qoşulma ehtimalı var-A.S.) fəaliyyət göstərmək ehtimalı o qədər yüksək deyil. Kifayət qədər zamana ehtiyac var. Hesab edirəm ki, bu sazişin bütün bölgəni əhatə etmək ehtimalı yoxdur”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ