Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Rusiyaya səfər edə bilər.
Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov açıqlama verib.
"Biz onlarla danışmaqdan vaz keçməmişik. Onlar bilirlər ki, buraya gələndə Putin onları qəbul edəcək. Onların nə ilə gələcəyi önəmlidir”- o deyib.
ABŞ-ın Rusiya mülki infrastrukturuna hücumlarla bağlı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü iddia edən Lavrov bildirib ki, "Bu barədə ABŞ-a bəzi suallar göndərmişik. Bu suallara cavab gözləyəcəyik".
Rusiya XİN rəhbəri Qərbin Kiyevə hərbi dəstək verdiyini və bunun qarşısını almaq üçün sərt addımlar atıldığını bildirib.
"Bəziləri müharibənin dərhal dayandırılmasını tələb edir. Bu belə işləmir; biz yalnız uzunmüddətli, etibarlı və davamlı bir həll yolu tapıldıqda dayanmalıyıq"- o deyib.
SAMİRƏ