ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS George Washington" təyyarədaşıyan gəmisi İranla müharibə səbəbindən ciddi problemlərlə üzləşən nüvə enerjisi ilə işləyən "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisini əvəz etmək üçün Yaxın Şərqə yola düşüb.
Gəmi Vyetnamın Da Nanq limanından ayrılıb, Sinqapur və Malakka boğazlarından keçərək Hind okeanına və daha sonra Yaxın Şərqə doğru yola çıxıb.
Yenidən yerləşdirilmə, “USS Abraham Lincoln” gəmisindəki ekipajın əhval-ruhiyyəsi, tükənmə və təchizat problemləri ilə bağlı artan narahatlıqlar fonunda baş verib. Gəmi dənizdə rekord müddət ərzində liman girişi etmədən qalıb və bu da hərbçi ailələri və ABŞ qanunvericiləri tərəfindən kəskin tənqidlərə səbəb olub.
ABŞ rəsmiləri bu addımın Yaxın Şərq münaqişəsində iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələri qüvvələrinin üzərinə düşən böyük yükü azaltmaq məqsədi daşıdığını bildirirlər.
Tahir TAĞIYEV