Bazar günü günü, 22 noyabr 2026
     

Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

Image


Oqtay Qasımov: “Stepantsminda–Gveleti yolunun Zəngəzur dəhlizinə alternativ olması real deyil”

Gürcüstanın Stepantsminda–Gveleti yolunun 2027-ci ilədək genişmiqyaslı yenidən qurulması planlaşdırılır. Layihənin dəyəri 215,5 milyon lari, təxminən 82 milyon dollardır. Mövcud yolun yenidən qurulması ilə yanaşı, 2 kilometrlik körpünün tikintisi nəzərdə tutulur ki, bu da Gürcüstanın ən uzun körpüsü olacaq.

Layihə, xüsusilə qış aylarında nəqliyyatın təhlükəsizliyini və fasiləsizliyini artırmağa, Kazbeqi bələdiyyəsinin nəqliyyat əlaqələrini yaxşılaşdırmağa hesablanıb. Bu marşrut Ermənistanı Rusiya ilə birləşdirən əsas quru yollarından biri olduğuna görə, layihənin regional tranzit və Ermənistan-Rusiya yükdaşımaları üçün də əhəmiyyəti böyükdür.

Stepantsminda–Gveleti layihəsi Gürcüstanın şimal istiqamətində həyata keçirdiyi daha geniş yol modernləşdirmə proqramının bir hissəsidir. Yeni tunellər, körpülər və təhlükəli hissələrdən yan keçən yolların tikintisi nəticəsində mövcud dağlıq marşrutun daha təhlükəsiz və etibarlı nəqliyyat dəhlizinə çevrilməsi hədəflənir.

Gürcüstanın Stepantsminda–Gveleti istiqamətində 215,5 milyon lari dəyərində böyük yol, tunel və körpü layihəsini yalnız Gürcüstanın öz tranzit imkanlarını gücləndirmək məqsədi daşıyan infrastruktur layihəsi kimi qiymətləndirmək lazımdır, yoxsa burada Zəngəzur dəhlizinin perspektivdə yaradacağı tranzit rəqabətinə hazırlıq amili də var? Gürcüstanın Rusiya və Ermənistan istiqamətində əsas tranzit marşrutunu modernləşdirməsi Zəngəzur dəhlizinin açılmasını gecikdirmək və ya onun regional tranzit əhəmiyyətini azaltmaq məqsədi daşıyır.

Oqtay Qasımov: Sülh müqaviləsinin imzalanması süni şəkildə ləngidilir- ÖZƏLSiyasi şərhçi Oqtay Qasımov “Bakı-Xəbər” qəzetinə açıqlamasında Gürcüstanda Rusiya ilə əlaqəni təmin edən yolun yenidən qurulması və modernləşdirilməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, Stepantsminda–Gveleti yolunun inkişaf etdirilməsi uzun müddətdir gündəmdə olan və əsasən mövcud marşrutun texniki və coğrafi problemlərinin aradan qaldırılmasına hesablanan layihədir.

Oqtay Qasımov qeyd edib ki, Gürcüstan ərazisindən Rusiyaya gedən bu yol mürəkkəb relyefə və sərt iqlim şəraitinə malik olduğundan, ilin müəyyən dövrlərində nəqliyyat üçün ciddi çətinliklər yaradır. Xüsusilə qış aylarında yolun hərəkət üçün məhdudlaşması və bəzən bağlanması yükdaşımaların ləngiməsinə, nəqliyyat vasitələrinin qəzaya uğraması riskinin artmasına və nəticədə marşrutun cəlbediciliyinin azalmasına səbəb olur.

Ekspertin fikrincə, məhz bu səbəbdən yolun modernləşdirilməsi, hərəkətin təhlükəsizliyinin və buraxılış qabiliyyətinin artırılması, eləcə də yükdaşımaların həcminin genişləndirilməsi üçün yeni infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bu baxımdan Stepantsminda–Gveleti istiqamətində görülən işləri yalnız regional geosiyasi rəqabət kontekstində qiymətləndirmək düzgün olmazdı.

Oqtay Qasımov hesab edir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər fonunda bu layihənin müəyyən qədər ertələnməsi ehtimalını da istisna etmək olmaz. Çünki gələcəkdə Ermənistandan Rusiyaya gedən yüklərin bir hissəsinin marşrutunu dəyişərək Azərbaycan ərazisindən keçməsi mümkündür. Belə olan halda Gürcüstan üzərindən keçən tranzit yük axınının müəyyən hissəsinin azalması ehtimalı ortaya çıxır. Bununla belə, Gürcüstanın öz tranzit imkanlarını genişləndirməyə çalışması tamamilə təbii və iqtisadi maraqlara uyğun addımdır. Nəticə etibarilə, Gürcüstan Ermənistan-Rusiya yükdaşımalarından tranzit gəlirləri əldə edir və bu marşrutun daha səmərəli fəaliyyət göstərməsi onun iqtisadi maraqlarına cavab verir.

Lakin siyasi şərhçinin fikrincə, Stepantsminda–Gveleti yolunun Zəngəzur dəhlizinə alternativ olması barədə yanaşmalar ciddi arqumentlərə söykənmir. Çünki bu iki marşrutun funksiyası, əhatə dairəsi və regional əhəmiyyəti eyni deyil. Stepantsminda–Gveleti əsasən Gürcüstan üzərindən Rusiya istiqamətində avtomobil yükdaşımalarının fasiləsizliyini və təhlükəsizliyini təmin etməyə yönəlib. Zəngəzur dəhlizi isə daha geniş regional və beynəlxalq nəqliyyat bağlantısının formalaşdırılmasını nəzərdə tutur.

Oqtay Qasımov vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız bir avtomobil və ya dəmir yolu layihəsi kimi qəbul edilməməlidir. Bu marşrutun reallaşması ilə regionda müxtəlif nəqliyyat və kommunikasiya xətlərinin bir-birinə inteqrasiyası nəzərdə tutulur. Burada dəmir yolu və avtomobil yolları ilə yanaşı, enerji infrastrukturu, qaz və neft kəmərləri, elektrik enerjisi xətləri, həmçinin fiber-optik internet infrastrukturunun yaradılması imkanları da gündəmdədir.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə gələcəkdə ildə milyonlarla ton yükün daşınması nəzərdə tutulur və bu, layihənin yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, daha geniş Avrasiya nəqliyyat sistemində əhəmiyyətini göstərir. Azərbaycan ərazisindən keçən marşrutların inkişafı Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin bir-biri ilə əlaqələndirilməsinə də əlavə imkanlar yarada bilər.

“Bu baxımdan həmin layihələrin birinin digərinə alternativ olduğunu söyləmək doğru olmaz. Stepantsminda–Gveleti yolunun modernləşdirilməsi, ilk növbədə, mövcud yükdaşımaların daha rahat, təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə xidmət edir. Hətta bu layihənin hansısa mərhələdə Zəngəzur dəhlizinə maneə yaratmaq məqsədi daşıdığı barədə niyyət olsa belə, bunun real nəticə verməsi mümkün deyil. Çünki Zəngəzur dəhlizinin funksiyası və regional əhatəsi daha genişdir”, – deyə Oqtay Qasımov bildirib.

Onun fikrincə, gələcəkdə Ermənistanın Rusiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin müəyyən hissəsinin Azərbaycan üzərindən qurulması ehtimalı da böyükdür. Bu isə Gürcüstan və Azərbaycan marşrutlarının mütləq şəkildə bir-birinə rəqib olacağı anlamına gəlmir. Əksinə, regionda nəqliyyat şəbəkəsinin genişlənməsi müxtəlif istiqamətlər üzrə yük axınlarının artmasına və Cənubi Qafqazın tranzit əhəmiyyətinin yüksəlməsinə səbəb ola bilər.

Siyasi şərhçi hesab edir ki, əsas məsələ ayrı-ayrı yolların bir-birinə alternativ olub-olmaması deyil, regionda formalaşan yeni nəqliyyat arxitekturasının hansı istiqamətdə inkişaf edəcəyidir. Zəngəzur dəhlizi bu yeni sistemin əsas elementlərindən biri olmaqla, Azərbaycanı regional və beynəlxalq yükdaşımaların mühüm qovşaqlarından birinə çevirə bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ