Yaponiya hökuməti Rusiya prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar əks tədbirləri nəzərdən keçirməyi planlaşdırır. NHK xəbər verir ki, mümkün tədbirlərdən biri Rusiyaya qarşı mövcud sanksiyaların gücləndirilməsidir. Analitiklər bu tədbirlərin onsuz da gərgin olan ikitərəfli münasibətləri daha da çətinləşdirə biləcəyini irəli sürür.
Daha əvvəl, Rusiya prezidenti Saxalin bölgəsinə səfəri zamanı cənubi Kuril adası olan İturupdakı “Yasnı” balıq emalı zavoduna baş çəkmişdi. Bundan sonra Yaponiya Xarici İşlər Nazirliyi Putinin İturup adasına səfəri ilə bağlı Moskvaya sərt etiraz bildirmişdi. Yaponiyanın diplomatik bəyanatında həmçinin Yaponiyanın mövqeyi də qeyd olunurdu ki, Yaponiya dörd Kuril adasını özünün "Şimal əraziləri" hesab edir. Daha sonra Yaponiyanın Baş naziri Sanae Takaiçi "Şimal əraziləri tarixən və hüquqi cəhətdən ölkəmizin ayrılmaz hissəsidir" deyə bildirib. Əlavə edib ki, onun fikrincə, Rusiya liderinin səfəri "Yaponiyanın Şimal əraziləri ilə bağlı ardıcıl mövqeyi ilə uyğun gəlmir". Takaiçi vurğulayıb ki, Moskva ilə Tokio arasındakı münasibətlər hazırda "çox çətin vəziyyətdədir". SAMİRƏ