Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi Yaponiyanın keçmiş militarizminin simvolu və Asiya ölkələri arasında diplomatik gərginlik mənbəyi kimi qəbul edilən Yasukuni Məbədini ziyarət edib. Kyodo xəbər agentliyinin məlumatına görə, Koizumi İkinci Dünya Müharibəsi zamanı müharibə cinayətlərinə görə mühakimə olunan bəzi əsgərlərin məzarlarının yerləşdiyi mübahisəli Yasukuni Məbədində dua edib. Yaponiyanın Baş naziri Takaiçi Sanae də aprel ayında ənənəvi yaz festivalının bir hissəsi olaraq Yasukuni Məbədində mərasim qurbanı verib. "Yaponiyanın keçmiş militarizminin simvolu" 1869-cu ildə tikilmiş məbəd, İkinci Dünya Müharibəsində həlak olan 2,5 milyon insanın xatirəsini yad edir, lakin məbədin keşişləri 1978-ci ildə 14 müharibə cinayətkarını "müqəddəs" elan etdikləri üçün mübahisəli statusunu qoruyub saxlayır. Çin və Cənubi Koreya kimi qonşu ölkələr tərəfindən "Yaponiyanın keçmiş militarizminin simvolu" kimi qəbul edilən tarixi məbəd müharibədə həyatını itirənləri anmaq üçün ziyarət edilir. Yaponiyada ziyarətgahı il ərzində hökumət rəsmiləri və biznes liderləri ziyarət edir. Baş nazir məbədi sonuncu dəfə 2013-cü ilin dekabr ayında, keçmiş Baş nazir Şinzo Abenin səfəri zamanı ziyarət edib.
SAMİRƏ