çərşənbə günü, 25 noyabr 2026
     

Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

Image


Xaqani Cəfərli: “Rusiya məcbur qalmadıqca heç bir güzəştə getməyəcək”

Paşinyan Rusiya ilə Cənubi Qafqaz Dəmir Yollarının idarə olunması məsələsində kompromis variantı təklif edib. Onun təklifinə görə, Rusiyanın konsessiya hüququnun müəyyən hissəsi Ermənistana, ya da üçüncü ölkəyə və ya şirkətə satıla bilər. Paşinyan bunun Ermənistanın dünya nəqliyyat sisteminə inteqrasiyasına imkan verəcəyini düşünür.

O, mümkün tərəfdaşlar sırasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib. Ermənistanın dəmir yollarının idarə olunması hazırda 2008-ci ildən Rusiya Dəmir Yollarının törəməsi olan Cənubi Qafqaz Dəmir Yollarının nəzarətindədir.

Paşinyan Rusiyaya Cənubi Qafqaz Dəmir Yollarının konsessiyasının tam və ya bir hissəsini Ermənistana, yaxud üçüncü tərəfə satmağı təklif edir. Rusiya isə hazırda konsessiyanın davam etdirilməsində maraqlı olduğunu bildirir. Moskva bu təklifə razılaşaraq Ermənistan dəmir yolundakı nəzarətinin bir hissəsindən imtina edərmi? Əgər etməsə, Paşinyanın bu təşəbbüsü real kompromis təklifidir, yoxsa Rusiyanın dəmir yolu üzərindəki təsirini azaltmağa hesablanmış siyasi addımdır?

Generalların qiyamı - Xaqani Cəfərlinin siyasi şərhi

Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər” qəzetinə açıqlamasında Ermənistanın Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyi ilə bağlı irəli sürdüyü təşəbbüsü və Rusiyanın buna münasibətini şərh edib.

Politoloqun sözlərinə görə, Rusiya yalnız ciddi təzyiq və məcburiyyət qarşısında güzəştə gedən tərəfdir. Onun fikrincə, nə Rusiyanın qonşuları, nə də beynəlxalq ictimaiyyət bu reallığı tam nəzərə almır. Cəfərli hesab edir ki, Moskvanın Cənubi Qafqaz Dəmir Yollarının konsessiyasının tam və ya müəyyən hissəsinin Ermənistana, yaxud üçüncü tərəfə verilməsinə qarşı çıxmasının əsas səbəblərindən biri də məhz bu istiqamətdə mühüm təsir imkanını itirmək istəməməsidir.

“Halbuki, Rusiya dövlətinin də, Rusiya Dəmir Yollarının da pula ehtiyacı var. Amma Ermənistandakı iki əsas təsir vasitəsindən ən güclüsündən imtina etmək Cənubi Qafqazda Rusiyanın təsirinin minimuma enməsi demək olar”, – deyə politoloq bildirib.

Cəfərli hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə irəli sürdüyü təşəbbüs real kompromis təklifi kimi qiymətləndirilə bilər. Lakin onun fikrincə, Moskvanın yanaşmasında əsas meyar iqtisadi səmərəlilik və ya qarşılıqlı siyasi kompromis deyil, strateji təsir imkanlarının qorunmasıdır.

Politoloqun qənaətincə, Cənubi Qafqaz Dəmir Yolları məsələsi təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də Ermənistan üzərində Rusiyanın təsir mexanizmlərindən biridir. Buna görə də Moskvanın bu mexanizmdən könüllü şəkildə imtina etməsi real görünmür.

Xaqani Cəfərli Rusiyanın regiondakı təsir imkanlarının azaldılması məsələsini daha geniş geosiyasi proseslər kontekstində qiymətləndirib. O, hesab edir ki, Ukraynada davam edən müharibə fonunda postsovet məkanındakı ölkələrin Rusiyanın təsirindən azad olmaq üçün daha koordinasiyalı siyasət yürütməsi mümkün idi. Politoloqun fikrincə, son illərdə Rusiyaya qarşı vahid siyasi, iqtisadi və ictimai müqavimət platformasının formalaşdırılması istiqamətində təşəbbüslər lazımi səviyyədə dəstək qazanmayıb.

Cəfərli hesab edir ki, postsovet ölkələrinin cəmiyyətləri Rusiyadan iqtisadi asılılığı azaltmaq və alternativ əlaqələr qurmaq istiqamətində daha fəal mövqe nümayiş etdirə bilərdilər. Onun fikrincə, Rusiyanın təsir imkanlarının zəiflədilməsi yalnız siyasi qərarlardan deyil, həm də iqtisadi münasibətlərin şaxələndirilməsindən, alternativ nəqliyyat və ticarət marşrutlarının inkişafından keçir.

Politoloq hesab edir ki, bunun üçün hələ də imkanlar mövcuddur: “Əgər postsovet xalqları Rusiyaya qarşı vahid cəbhə yarada bilsələr, Moskvanın yaratdığı problemlərdən qısa zamanda xilas ola bilərlər. Bu, ilk növbədə Ermənistana aiddir”.

Onun fikrincə, Ermənistanın qarşısında duran əsas məsələlərdən biri də Rusiya ilə bağlı mövcud iqtisadi və nəqliyyat asılılıqlarını tədricən azaltmaq, strateji infrastrukturlar üzərində daha çox milli və alternativ beynəlxalq nəzarət mexanizmləri formalaşdırmaqdır. Bu baxımdan Cənubi Qafqaz Dəmir Yolları məsələsi Ermənistanın gələcək iqtisadi və geosiyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 10:47
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ