Xorvatiyanın Dalmatiya bölgəsindəki Omis sahil şəhərindən 9 km aralıdakı Lokva Roqoznitsa sahil qəsəbəsində dünən axşam saatlarında başlayan meşə yanğını artıq şəhər mərkəzinə çatıb.
Küləyin təsiri ilə başlayan yanğın sürətlə yaşayış məntəqələrinə yayılaraq çoxsaylı evləri və nəqliyyat vasitələrini külə çevirib. Qorxu və panika içərisində olan yerli sakinlər və turistlər təxliyə edilir. İlkin məlumatlara görə, yanğın nəticəsində ikisinin vəziyyəti ağır olmaqla ən azı 10 nəfər xəsarət alıb.
Yanğın həm yerdən, həm də havadan işləyən 157 yanğınsöndürən tərəfindən nəzarət altına alınsa da, zərərin miqyası səhər tezdən bəlli olub. Adriatik dənizi sahil yolu (D8) təsirlənmiş ərazidə nəqliyyatın hərəkəti üçün bağlanıb və Omis dolama yolunda da məhdudiyyətlər tətbiq edilib.
Tahir TAĞIYEV