Türkiyə Rusiya limanlarından göndərilən xam neftin alışını azaldıb və avqust ayında həcmi daha da azaltmaq niyyətindədir. Reuters agentliyinin verdiyi məlumata görə, bu, Ukraynanın dron hücumlarının Qara dənizdəki Rusiya terminallarından ixracı dayandırmasından sonra baş verib. İyul ayında Ukrayna hücumlarını gücləndirib və bu da Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalından ixracın bir həftəlik dayandırılmasına və Novorossiysk limanında qeyri-sabit yükləməyə səbəb olub. Agentliyin məlumatına görə, nəticədə iyul ayında CPC-yə yüklənən xam neftin həcmi beş dəfə azalıb. Beləliklə, CPC Blend, Qazaxıstanın KEBCO və Urals xam neftinin əsas alıcısı olan Türkiyə iyul ayında Rusiya limanlarından iyun ayındakı 1,2 milyon tona nisbətən cəmi 900.000 ton neft alıb.
Londonun LSEG birjasına görə, ümumi neftin 300.000 tondan bir qədər çoxu Qara dəniz limanlarından göndərişlərlə təmin edilib ki, bu da iyun ayında 600.000 tondan çox olub.
SAMİRƏ