İsveç şirkəti Heart Aerospace tərəfindən yaradılan eksperimental X1 təyyarəsi Nyu-York ştatındakı Plattsburq Beynəlxalq Hava Limanından havaya qalxıb. Təyyarə pilotu ilə birlikdə havada təxminən 27 dəqiqə keçirib və yerdən 335 metr yüksəkliyə çatıb. X1-in qanadlarının uzunluğu 32 metrdir. Təyyarənin uzunluğu 23 metrdir və maksimum uçuş çəkisi 11.340 kiloqramı keçib. Naked Science-ə görə, uçuş zamanı təyyarənin hərəkətverici sistemi bir meqavatdan çox enerji istehsal edib. Missiya üçün sərf olunan bütün elektrik enerjisi beş dollardan çox xərc çəkməyib. "X1-in ilk uçuşu ilə Heart Aerospace kommersiya təyyarəsi miqyasında elektrik uçuşunun mümkünlüyünü nümayiş etdirdi", - şirkətin təsisçisi və baş direktoru Anders Forslund bildirib.
SAMİRƏ