Cümə axşamı günü, 10 sentyabr 2026
     

Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

Image


(On beşinci yazı)

...İnsan, yalnız qəhrəman olduğu halda orden və medallarla təltif edilir... Kitabımızın Baş Obrazı, XTQ giziri, qəhrəman kəşfiyyatçı Tahirov Vüsal Mehdi oğlunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaət, sözün əsl mənasında, bütün təltiflərdən üstündür. Çünki o, torpaqlarımız, milli qürurumuz uğrunda canını fəda edib. Onun ucaldığı zirvədə daha parlaq təltiflər mövcuddur...

Allah, Tahirov Vüsal Mehdi oğlunu şəhid adı ilə mükafatlandırıb. Bu mükafat bütün təltiflərdən Alidir... Bu mükafatın nüfuzu Əbədidir...

Vüsal Tahirov özü də şərəfli bir Ordendir; Vətən onu xüsusi minnətdarlıq hissi ilə yaxasından asıb...

Nəsillər o “Orden”ə qürur hissi ilə baxır, ondan nümunə götürür, onu özlərinə bir görk bilirlər...

Bizə də məhz bu səbəblər cəsarət verib ki, qəhrəman Vüsal haqqında kitab yazaq...

“Xatirə” lövhəsi

Hər dünyasını dəyişən üçün “Xatirə” lövhəsi açılmır... Bəzən insanlar ataları, anaları və yaxud əzizləri üçün ehsan olaraq bulaq tikir, yol salır, müəyyən rəhmətqazandırıcı işlər görürlər. Bu, bəllidir. Ancaq bunların heç biri “Xatirə” lövhəsi deyil...

“Xatirə” lövhəsi yalnız Vətən uğrunda can fəda edən oğullar üçündür. Bu lövhə onların Vətən qarşısındakı igidlik haqqıdır.

Kitabımızın Baş Obrazı Tahirov Vüsal Mehdi oğlu üçün də bir vaxtlar yaşadığı evin girişində bir “Xatirə” lövhəsi açılıb. Oradan keçənlər istər-istəməz ən azı beş-on saniyə də olsa, ayaq saxlayır, şəhid Vüsalın qara mərmərdən boylanan vüqarlı şəklinə baxır, ruhuna içində bir-iki kəlmə dua ərz edir... Bu da insanların Vətən oğullarına dərin ehtiramıdır.

Vüsal Tahirov üçün “Xatirə” lövhəsini atası Mehdi Tahirov tikib. Bununla o da öz şəhid oğluna sonsuz minnətdarlıq etmiş olub.

Biz də o “Xatirə” lövhəsinin qarşısında olduq. O an sanki kimsə ayaqlarımızı asfalt yola mismarladı. Gözlərimizi şəhid Vüsalın heyranlıq doğuran şəklindən çəkə bilmədik. Qəfil kövrək bir hiss ürəyimizi titrətdi. Lövhənin üstündə özünəməxsus sayıqlıqla sağa-sola hərəkət edən ağ bir göyərçin var idi; bəlkə də Vüsalın ruhu idi... Həlim nəzərlərlə bizi müşayiət edirdi. Bəlkə də haqqında kitab yazdığımızı duyub, bizə ehtiram göstərmək üçün gəlmişdi... Kim bilir...

Bildiyimiz o idi ki, haqqında fikir və məlumatları toplayıb gedənə qədər həmin göyərçin lövhənin üstündə həminki sayıqlıqla hərəkət edirdi...

Bu, o anlama gəlir ki, gerçəkdən şəhidlər Uca Məqamdadırlar...

Biz dəfələrlə ehsan xatirinə salınan bulaqlarda olmuş, inşa edənlərin özləri və ata-anaları üçün dualar etmişik. Ancaq bir dəfə də olsun o bulaqların üstündə göyərçin və ya İlahi anlamda başqa nəsə görməmişik...

Buradan belə bir nəticə çıxarmaq olar ki, şəhidlər həqiqətən Alla­hın seçdikləridir...

Vüsal Tahirovun Vətən qarşısındakı qəhrəmanlığı nəsillərə əmanətdir. Bu əmanəti kosmik sayıqlıqla qorumaq lazımdır...

Əgər bu gün üzümüz ağ, alnımız açıq və başımız dikdirsə, bunlara görə yalnız Vüsal kimi qəhrəman oğullarımıza borcluyuq.

Bir vaxtlar yaşadığı evin giriş hissəsində Vüsal Tahirov üçün “Xatirə” lövhəsi yaratdığına görə biz də Mehdi Tahirova minnətdarıq. Onun sadə görkəmi, ürəkyaxıcı baxışları, susqun nəzərləri... qarşısında baş əyir, Allahdan ona və ailəsinə möhkəm səbr arzulayırıq!

Vüsal Tahirov üçün açılmış “Xatirə” lövhəsi, əslində, bir qəhrəmanlıq salnaməsidir. Orada Vətən anlamı da var, torpaq yanğısı da, həmçinin, əbədi, sonsuz minnətdarlıq hissi və hər kəsə rəhmət və dua oxuadacaq ikinci bir səbəb - gur suyu olan bir bulaq da...

İndi o lövhənin qarşısından keçən onlarla insandan heç olmasa, beşi-onu o lövhədəki bulaqdan su içir, ürəyinin yanğısını yatırır, əl-üzünü isladır, ani olaraq da şəhid Vüsalın ruhuna bir-iki ağız dua deyir.

O lövhə adi bir insan üçün deyil, qəhrəman cüssəsini düşmənə sipər edən kəşfiyyatçı-snayperçi Vüsal Tahirov üçündür.

O lövhədə Vüsalın adı, soyadı, atasının adı, doğum və şəhid olduğu tarix, təltif edildiyi orden və medallar, ən əsası da Vətən sevgisi var...

Ümumiyyətlə, xalqımızın şəhid oğullara olan sayğısı, sevgisi, hörmət və rəğbəti, sonsuz ehtiram və minnətdarlığı bizi məmnun edir.

Mehdi Tahirovun inşa etdiyi “Xatirə” lövhəsində ilk söz “şəhid Vüsal”dır. Biz bu sözü aşağıdakı kimi xarakterizə edirik:

Ş - şöhrətin əbədiyaşarlıq qazandı,

Ə - əzminlə qalibiyyət sərkərdəsi oldun,

H - hünərini düşmənə sipər etdin,

İ - içindəki Vətən eşqi tükənməz, sönməz ki...

D - dünyanın ən uca zirvəsindəsən artıq.

V - vücudunda ləngər vuran kişilik əzminlə təksən,

Ü - üsyançı ruhunla düşmənə zərbə vurdun,

S - sonsuzluqlar içindədir həyat və ömür adlı ünvanın,

A - Allah səni yüksək məqama sahib edib,

L - “Lövhi-Məhfuz”da adın qızıl hərflərlə yazılıb, bəlli...

“Vüsal Tahirov haqqında yazılanlar” silsiləsindən:

Vüsal Tahirov artıq nəsillərin yaddaşında böyük bir iz buraxıb. İndi onun haqqında qısametrajlı video-filmlər çəkilir, hünəri və şücaəti barədə silsilə məqalələr, xatirə yazıları, ən əsası, şeirlər yazılır...

Şair Kəmalə İbrahimova da Vüsal haqqında “Vüsa­lam, ölmədim, mən şəhid oldum” adlı bir şeir yazıb. Kitabımız çapa hazırlanarkən Vüsalın atası Mehdi Tahirov həmin şeiri kitaba salmağımızı xahiş etdi. Biz də böyük məmnuniyyətlə həmin şeirə kitabımızda yer ayırdıq. Bu şeirdə Vüsalın günəş kimi qürub etməsi, lakin əbədiyyət fövqündə şəfəq saçması, həmçinin, artıq hamımızın qürur duyduğumuz, adını eşidəndə eyni məmnunluqla dolduğumuz, Vətən səmasında uca dağ kimi gördüyümüz Vüsalın coşqun sevgisinin misilsiz olması poetik çalarda diqtə edilib.

Şeirdən belə anlaşılır ki, ədəbi fövqün ən üstün qatlarında ilham pəriləri olur. Şəhidlərin səmt tapdıqları istiqamətlər də o pərilərin işıqları ilə süslənir. Bu mənada, Vüsalın şəhidlik mülkünü o pərilər çoxdan nura büküb...

Kəmalə İbrahimovanın Vüsal Tahirova həsr etdiyi şeiri təqdim edirik:

Vüsalam, ölmədim, mən şəhid oldum

Bu məzar mənimdir, budur başdaşım,

Vüsalam, ölmədim, mən şəhid oldum.

Vardır iki bacım, yoxdur qardaşım,

Vüsalam, ölmədim, mən şəhid oldum.

Evin tək oğluyam, anam vətəndir,

Bu da bir səbəbdir, bu da nədəndir.

Yaşayan ruhumdur, ölən bədəndir,

Vüsalam, ölmədim, mən şəhid oldum.

Titrək əllərinlə oxşa qəbrimi,

Gəl, al başdaşımdan mənim ətrimi.

Ana, oğlun olub düşmən qənimi,

Vüsalam, ölmədim, mən şəhid oldum.

Ata, sən də dik dur, dik tut başını,

Axmasın üzündən, sil göz yaşını.

Üzülmə bu qədər, çatma qaşını,

Vüsalam, ölmədim, mən şəhid oldum.

Çökdürdük düşməni, gətirdik dizə,

Dünya da heyrandır bax, indi bizə.

Adımı yadigar qoydum mən sizə,

Vüsalam, ölmədim, mən şəhid oldum.

“Vətən mənə oğul dedi...”

Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin işıqlı foyesində Xüsusi Təyinatlı Qüvvələrin giziri, kəşfiyyatçı-snayperçi, Vətən müharibəsi şəhidi Tahirov Vüsal Mehdi oğlu və digər iki şəhid şagird üçün foto-stend var. Hər səhər şagirdlər bu foto-stendin önündən keçir, bir anlıq bu şəhid oğulların xati­rələrinə sakit baxışlarla da olsa, minnətdarlıq edirlər. Bu rəğbəti onlarda, əlbəttə ki, adıçəkilən məktəbin rəhbərliyi, müəllim kollektivi yaradıb.

Biz Vüsal haqqında məlumat toplayarkən də bu dediklərimizin canlı şahidi olduq; şagirdlər onlara rahatlıq bəxş edən qəhrəman oğulların adlarını və xatirələrini hər zaman əziz tutduqlarını, bundan sonra da əziz tutacaqlarını dilə gətirdilər. Bildirdilər ki, Vüsal Tahirov və digər iki şəhid şagird vətənin qəhrəman oğullarıdır, torpaqlarımızın düşməndən geri alınmasında igidlik göstəriblər...

Əslində, elə məktəbin müəllimləri də Vüsal Tahirov haqqında bir-birindən ürəkaçan sözlər dedilər, məlum oldu ki, Vətən sevgisi lap körpə yaşlarından onun içində qərar tutubmuş...

Bilirik ki, uşaq əvvəlcə ailədə, sonra məktəbdə tərbiyə alır, sonra da özünü cəmiyyətdə ifadə edir. Deməli, cəmiyyətdə gördüyümüz normal insanları normal ailələr, təhsilə və tərbiyəyə xüsusi önəm verən məktəblər yetişdirirlər...

Səmimi deyək, Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi də cəmiyyətimiz üçün normal insanlar yetişdirən təhsil ocaqlarındandır. Bu məktəbin üç şagirdi - Mehdiyev Rəşad Rəhman oğlu, Tahirov Vüsal Mehdi oğlu və Qulamlı Afiq Fərhad oğlu Vətən qarşısındakı xidmətlərini ailə və məktəbdən aldıqları tərbiyə ilə süslədilər, vətəni məhz bu çalarda sevdilər və (onun) uğrunda canlarını fəda etdilər.

Bu səbəbdən, bizim bir təşəkkürümüz də normal insanlar yetişdirən ailələrə və ümumtəhsil məktəblərinədir...

Vüsal Tahirovun Vətən sevgisi heç bir təşəkkür və minnətdarlıqla əvəz edilə bilməz. Biz sadəcə, onun (və onun kimi oğulların) bizə bəxş etdiyi bəxtiyarlığı xoş tutmaq naminə içimizdən gələn dərin rəğbət və ehtiramı onların qəhrəmanlıqları ilə cilalayırıq...

9 nömrəli tam orta ümumtəhsil məktəbinin foyesindəki fotostend “Vətən mənə oğul dedi...” başlığı ilə diqqət çəkir. İlk baxışdan bir vətənpərvərlik salnaməsi kimi ruhumuzu titrədən bu fotostenddə, əslində, bir qəhrəmanlıq epoxası da var. Əminik ki, məktəbin şagirdlərini hazırda Vətən sevgisi ilə dolduran (daha çox) məhz budur...

Vüsal Tahirovun bir vaxtlar təhsil aldığı 9 nömrəli tam orta ümumtəhsil məktəbi onun ikinci tədris ocağıdır. Vüsal bundan əvvəl Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbdə ibtidai təhsil alıb. Demək ki, Vüsalın qəhrəman kimi yetişməsində bu müasir məktəbin də xüsusi rolu var...

Hansı ailə, hansı məktəb, hansı cəmiyyət Vətən üçün nümunəvi insan yetişdirirsə, xüsusi təşəkkürə layiqdir...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

SON XƏBƏRLƏR

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi - YENİLƏNDİ

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı

09.09.2026 / 15:24
Prezident və Birinci xanım Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar

09.09.2026 / 14:50
Rusiya Azərbaycan üzərindən Ermənistana arpa və buğda göndərəcək

09.09.2026 / 14:07
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTO

09.09.2026 / 14:07
Tramp Almaniyada ifrat sağçıların qələbəsini "böyük uğur" adlandırdı...

09.09.2026 / 13:49
"Azərbaycan iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür" - Ceyhun Bayramov

09.09.2026 / 13:47
İrandan ABŞ-da ağır zərbə - ölən və yaralanan əsgərlərin sayı artır...

09.09.2026 / 13:40
Azərbaycan və Ermənistan razılığa gəlib - sərhədlərin delimitasiyası şimaldan başlayacaq...

09.09.2026 / 13:33
Rusiya Ukrayna-Moldova sərhədində nəzarət-buraxılış məntəqəsini bombaladı, ölənlər var…

09.09.2026 / 13:20
Ceyhun Bayramov yaxın zamanda Mirzoyanla görüşəcək...

09.09.2026 / 13:12
Ceyhun Bayramovdan Ermənistanda Konstitusiya referendumu ilə bağlı açıqlama - gözləyirik...

09.09.2026 / 13:08
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda yaxınlaşır

09.09.2026 / 12:56
Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

09.09.2026 / 12:31
“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edildi

09.09.2026 / 12:10
"Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur" - Prezident

09.09.2026 / 12:06
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09.09.2026 / 12:05
"Azərbaycan Xəzər dənizinin geri çəkilməsini aydın şəkildə müşahidə edir" - Ceyhun Bayramov

09.09.2026 / 11:58
Ukraynaya Rusiyanın ən böyük limanındakı yanacaq neft terminalına zərbə endirdi...

09.09.2026 / 11:19
İran ABŞ-ın ən müasir ağıllı və pilotsuz sualtı qayığını ələ keçirdi…

09.09.2026 / 11:05
İşə düzəltmək adı altında dələduzluq edən şəxs yaxalandı...

09.09.2026 / 10:50
Sahibə Qafarova Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

09.09.2026 / 10:41
Rüşvətlə saxta əlillik sənədləri düzəldən özəl klinika rəhbəri və sahə həkimi həbs edildi

09.09.2026 / 10:17
Rubiodan İrana xəbərdarlıq - ABŞ-a hər hücumda neft tankerlərinizi itirəcəksiniz

09.09.2026 / 10:01
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü

09.09.2026 / 09:47
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib - FOTO

09.09.2026 / 09:40
Zərdabda minik avtomobili traktorla toqquşdu, 5 nəfər öldü - DYP hərəkət iştirakçılarına müraciət etdi...

09.09.2026 / 09:36
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimlərinin Xankəndiyə səfəri başlayıb

09.09.2026 / 09:12
Hörmüz boğazında gərginlik artdı - Onlarla gəmi hücuma məruz qaldı, iki ABŞ gəmisi vuruldu…

09.09.2026 / 08:50
ABŞ beş İran neft tankerini vurdu…

08.09.2026 / 22:58
Kremldən Kiyevə xəbərdarlıq - sülh prosesi uzandıqca tələblər də sərtləşdiriləcək…

08.09.2026 / 22:40
Putin və Tramp bir saat telefon danışığı aparıblar - Kreml təfərrüatları açıqladı...

08.09.2026 / 22:27
London və Təl-Əviv arasında gərginlik artır - İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı…

08.09.2026 / 22:04
ABŞ İran iqtisadiyyatını çökdürür – Tehran son 40 ilin ən ağır iqtisadi böhranı ilə üzləşir...

08.09.2026 / 21:15
Ermənistanın 2029-a kimi vizasız gediş-gəliş planına AB- dən rədd gəldi...

08.09.2026 / 20:56
Zəngəzur dəhlizinə qarşı Moskva və Tehrandan yeni təklif gəldi... ABŞ-ın reaksiyası...

08.09.2026 / 20:28
Mərkəzi Bank istəsə, kommersiya bankları soyğunçu kredit faizlərini aşağı salar...

08.09.2026 / 20:11
Avropa ilə Amerikanın Qrenlandiya və Arktikada “savaşı” başlanır

08.09.2026 / 19:50
Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

08.09.2026 / 19:23
Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

08.09.2026 / 19:22
BMT-dən qorxunc xəbərdarlıq: süni intellekt bəşəriyyəti çıxılmaz məhvə aparır...

08.09.2026 / 19:07
44 günlük müharibədə 78 dinc erməninin ölməsi yeni oyun “faktıdır”...

08.09.2026 / 18:52
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olundu

08.09.2026 / 18:40
“Qərb sülhə mane olsa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq” - Lavrov

08.09.2026 / 18:26
İrəvan Rusiyadan Avrasiya İqtisadi Birliyinə şikayət etdi - idxal məhdudiyyətləri qanunsuzdur…

08.09.2026 / 18:10
Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

08.09.2026 / 17:56
Ali Məhkəmədən vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı açıqlama...

08.09.2026 / 17:42
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi

08.09.2026 / 17:30
MMC rəhbərinin cinayət əməlləri üzə çıxdı - insanları belə aldadırmış...

08.09.2026 / 17:23
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşdü

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ