çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

Image


Akif Nağı: “Dünya bazarında neft bahalaşırsa, deməli, Hörmüz boğazında hələ qeyri-müəyyənlik davam edir”

ABŞ Prezidenti Donald Tramp İranla etimad münasibətinin olmadığını bildirərək, Tehranın dəfələrlə ABŞ-a “yalan danışdığını” iddia edib. O, eyni zamanda ABŞ ordusunun Hörmüz boğazına “tam nəzarət” etdiyini və bu nəzarəti qoruyacağını açıqlayıb.

Trampın sözlərinə görə, İranın hərbi imkanları ciddi şəkildə zəifləyib, donanması və hava qüvvələri əvvəlki gücündə deyil. O, həmçinin ölkənin ağır iqtisadi vəziyyətdə olduğunu və yüksək inflyasiya ilə üzləşdiyini bildirib. Tramp hesab edir ki, Tehran artıq əvvəlki kimi Yaxın Şərqdə dominant təsirə malik deyil və əsasən bəyanatlarla kifayətlənir.

Bu açıqlamalar ABŞ-İran qarşıdurmasının davam etdiyi və Hörmüz boğazında gəmiçilik və enerji daşımaları ilə bağlı qeyri-müəyyənliyin qaldığı bir vaxtda səslənib. Dünyanın mühüm enerji nəqli marşrutlarından biri olan Hörmüzdə yaranan hər hansı ciddi məhdudiyyət qlobal neft və qaz bazarlarına birbaşa təsir göstərə bilər.

Trampın bəyanatlarının əsas məqsədi Vaşinqtonun Hörmüzdə hərbi üstünlüyünü nümayiş etdirmək və İranın boğaz üzərində təsir imkanlarının məhdud olduğunu göstərməkdir. Bununla yanaşı, sərt ritorika ABŞ-İran münasibətlərində diplomatik dialoqun və boğazın normal fəaliyyətinin bərpasının nə qədər mürəkkəb olduğunu da ortaya qoyur.

Trampın “Hörmüz boğazı tam nəzarətimizdədir, onu biz idarə edirik” bəyanatı hüquqi və praktik baxımdan nə deməkdir, ABŞ həqiqətən boğaz üzərində tam nəzarət əldə edib, yoxsa prezidentin bu ifadəsi hərbi üstünlüyü siyasi və psixoloji mesaj kimi təqdim etmək məqsədi daşıyır?

Akif Nağı:

Politoloq Akif Nağı məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, müharibə şəraitində tərəflərin yaydığı məlumatların nə dərəcədə reallığı əks etdirdiyini müəyyənləşdirmək olduqca çətindir. Onun sözlərinə görə, “müharibələrin ilk qurbanı həqiqət olur” deyimi hazırkı vəziyyətdə də özünü göstərir. Tərəflərin hər biri həm hərbi üstünlüyünü nümayiş etdirməyə, həm də beynəlxalq ictimaiyyətə öz mövqeyini qəbul etdirməyə çalışır.

Ekspertin fikrincə, bunun nəticəsində, xüsusilə Hörmüz boğazının kim tərəfindən nə dərəcədə nəzarətdə saxlanılması ilə bağlı bir-birinə zidd məlumatlar ortaya çıxır. Bir tərəfdən ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına tam nəzarətin ABŞ-da olduğunu bildirir, digər tərəfdən isə Tehran boğaz üzərində nəzarəti itirmədiyini nümayiş etdirməyə çalışır. İranla Oman arasında gəmilərin boğazdan keçidi ilə bağlı müəyyən razılaşmaların əldə olunması barədə məlumatların yayılması da vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir.

Akif Nağı hesab edir ki, Körfəz ölkələrinin İranın Hörmüzdəki mövqeyi ilə razılaşdığı barədə yayılan məlumatlara da ehtiyatla yanaşmaq lazımdır. Xüsusilə Səudiyyə Ərəbistanının Tehranla bağlı mövqeyi nəzərə alınanda, bütün Körfəz ölkələrinin İranın mövqeyini qəbul etməsi barədə nəticəyə gəlmək çətindir.

Politoloq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə əməkdaşlığının güclənməsini də regiondakı yeni geosiyasi reallıqların göstəricilərindən biri hesab edir. Onun fikrincə, bu proses İranın regiondakı mövqeyinə əlavə təzyiq yaradır və Tehran yaranmış vəziyyətdən ciddi nəticələr çıxarmalıdır.

Akif Nağının sözlərinə görə, İranın regionda müxtəlif silahlı qruplarla əlaqələri olsa da, dövlət səviyyəsində onun möhkəm müttəfiqlərinin sayı məhduddur. Çin və Rusiya İranla strateji münasibətlərə malik olsalar da, onları hərbi-siyasi baxımdan İranın bütün addımlarını açıq şəkildə dəstəkləyən müttəfiqlər kimi qiymətləndirmək düzgün olmaz. Bu isə Tehran üçün regional və beynəlxalq təzyiqlər qarşısında manevr imkanlarını müəyyən qədər məhdudlaşdırır.

Politoloq hesab edir ki, hazırkı şəraitdə ABŞ və İranın açıqlamalarından hansının tam həqiqəti əks etdirdiyini yalnız tərəflərin bəyanatları əsasında müəyyənləşdirmək mümkün deyil. Bu baxımdan ən mühüm göstəricilərdən biri dünya neft bazarındakı davranışdır.

“Əgər Hörmüz boğazında tam sabitlik yaranıbsa və gəmilərin sərbəst hərəkəti təmin olunubsa, bunun dünya neft bazarında öz əksini tapması, qiymətlərin aşağı düşməsi gözləniləndir. Lakin qiymətlər yenidən yüksəlirsə, bu, bazarın hələ də boğazla bağlı ciddi risk gördüyünü göstərir. Deməli, reallıqda Hörmüz boğazı ilə bağlı məsələ tam həllini tapmayıb. Nə ABŞ-ın, nə də İranın dediyi kimi, vəziyyət tam şəkildə onların nəzarətindədir. Dünya bazarında neftin bahalaşması göstərir ki, Hörmüzdə qeyri-müəyyənlik davam edir”, – deyə Akif Nağı bildirib.

Ekspertin fikrincə, neft bazarının reaksiyası təkcə iqtisadi göstərici deyil, həm də geosiyasi risklərin mühüm barometridir. Çünki Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Boğazdan keçidlərin təhlükəsizliyi ilə bağlı hər hansı şübhə yaranması neft tədarükünün gələcəyi ilə bağlı riskləri artırır və bu da qiymətlərə dərhal təsir göstərə bilər.

Akif Nağı ABŞ-ın hərbi əməliyyatların davam etdirilməsində əvvəlki qədər maraqlı olmadığı, daha çox sanksiyalar və iqtisadi təzyiq vasitələrindən istifadə etməyə üstünlük verdiyi barədə mesajların da rəqiblər tərəfindən fərqli şərh edildiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bunu təzyiq strategiyasının dəyişdirilməsi kimi təqdim edir, Tehran isə həmin yanaşmanı ABŞ-ın hərbi yolla məqsədlərinə tam nail ola bilməməsinin nəticəsi kimi qiymətləndirir.

“Burada hər kəs öz maraqlarına uyğun mövqe ortaya qoymağa çalışır. ABŞ öz siyasətini uğurlu göstərmək istəyir, İran isə müqavimət imkanlarını və Hörmüz üzərində təsirini nümayiş etdirməyə çalışır. Ona görə də yayılan məlumatları birbaşa həqiqət kimi qəbul etmək olmaz. Bu, böyük ölçüdə informasiya müharibəsinin tərkib hissəsidir”, – deyə politoloq qeyd edib.

Ekspertin fikrincə, İranın Hörmüz boğazından geri çəkilməməkdə israr etməsi də təsadüfi deyil. Çünki boğaz Tehran üçün yalnız hərbi-strateji deyil, həm də iqtisadi təzyiq vasitəsidir. Bununla belə, boğazda uzunmüddətli gərginliyin davam etməsi İranın öz iqtisadi maraqlarına da zərbə vurur.

Akif Nağı hesab edir ki, İranın neft ixracının məhdudlaşdırılması və gəmiçilik imkanlarına tətbiq edilən təzyiqlər ölkə iqtisadiyyatının vəziyyətini daha da ağırlaşdıra bilər. Bu isə Tehranı bir tərəfdən Hörmüzdəki mövqeyini qorumağa, digər tərəfdən isə iqtisadi təzyiqləri azaltmaq üçün diplomatik imkanlar axtarmağa məcbur edir.

Politoloq belə qənaətdədir ki, hazırkı mərhələdə Hörmüz böhranının yaxın zamanda tam həll olunacağına dair əsaslı fikir söyləmək çətindir. Tərəflərin qarşılıqlı ziddiyyətli bəyanatları, enerji bazarındakı dəyişkənlik və regionda formalaşan yeni hərbi-siyasi əməkdaşlıqlar göstərir ki, qarşıdurmanın həm hərbi, həm iqtisadi, həm də informasiya müstəvilərində davam etməsi ehtimalı yüksəkdir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ